Rusiyanın nüfuzlu elmi jurnalında Azərbaycan aliminin monoqrafiyasına müsbət rəy dərc edilmişdir
2020-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə “Sosiologiya” şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Əlizadənin "Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955-1970). Tarixi-sosioloji araşdırma" adlı monoqrafiyası dərc edilmişdir. Bu tədqiqat Qaz sənayesi sahəsində ilk sosioloji işdir. Ümumiyyətlə, Qaz Sənayesinin sosiologiyası elm sahəsi Azərbaycanda yenidir.
Monoqrafiyaya “Azəriqaz” İstehsalat birliyinin və SOCAR Qaz İxrac idarəsinin rəhbərliyi rəy veriblər. Beləliklə, monoqrafiya humanitar elm sahəsinin sənaye sahəsi ilə əməkdaşlığının nümunəsidir. Onun təkcə nəzəri deyil, həm də praktiki əhəmiyyəti vardır. Belə ki, Qaz İxrac İdarəsi tərəfindən 20 noyabr 2020 il tarixində AMEA Fəlsəfə və Sosiologiya institutuna monoqrafiya ilə bağlı rəsmi məktub göndərmişdir. Məktubda qeyd edilmişdir ki, “təqdim edilən monoqrafiya 1955-1970-ci illərdə Azərbaycanda qaz təsərrüfatının təsis edilməsi və inkişafının tarixi, sosioloji, iqtisadi, siyasi və texniki aspektlərinin araşdırılması baxımından çox əhəmiyyətlidir”. Monoqrafiya Azərbaycan Milli kitabxanasında yerləşdirilib:
2023-cü ilin yanvar ayında monoqrafiyanın müəllif tərəfindən rus dilinə tərcümə edilmiş mətni Rusiya Dövlət Kitabxanası ilə bağladığı müqavilə əsasında onun elektron bazasında açıq yayımda yerləşdirilib. Bu yayım Rusiya elmi dairələrinin diqqətini cəlb etmişdir. Monoqrafiyanın dərc edilməsindən cəmi üç ay keçəndən sonra “İdarəçiliyin, iqtisadiyyatın və hüququn paradiqmaları” (№1, 2023, səh. 34-42) jurnalında (Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrtüfatı və Dövlət Qulluğu Akademiyasının jurnalıdır) Azərbaycan aliminin monoqrafiyasına müsbət elmi rəy dərc edilmişdir. Rəyin müəllifi İqtisad elmləri doktoru, Volqoqrad İdarəçilik İnstitutunun “Dövlət idarəçiliyi və menecmenti” kafedradının professoru, iqtisad elmləri doktoru Tatiana Borisovna İvanovadır. Həmin rəyin rusca olan mətni təqdim edilir. Onun elektron variantını bu ünvandan yükləmək olar.