Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Zeynəddin Şabanov məruzə ilə çıxış edib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Zeynəddin Şabanov 3-7 aprel 2023-cü il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında respublika həmkarlar ittifaqları komitə sədrləri, təlimatçılar, sosial-iqtiasdi problemlər üzrə komissiya sədrləri üçün keçirilən kurslarda “Sosial əmək münasibətlərini və sosial müdafiəni tənzimləyən həmkarlar ittifaqlarının modernləşməsi” və “Həmkarlar ittifaqlarının işçilərin sosial müdafiəsi funksiyası və sosial-iqtisadi məqsədlərinin gücləndirilməsində əsas istiqamətləri” mövzusunda məruzələri ilə çıxış etmişdir. Məruzələrdə Həmkarlar İttifaqlarının cəmiyyətdə daşıdığı sosial lift rolu, sosial əmək münasibətlərinin tənzimlənməsindəki əhəmiyyəti, tərəfdaşlıq münasibətlərindəki mövqeyi, işçilərin rifah tərzinin yüksəldilməsindəki mübarizəsi və bu zaman istifadə etdiyi modern istiqamətlər, qanunvericiliyə irəli sürdüyü təşəbbüs və təkliflər, demokratik dəyərlərin qorunmasındakı fəaliyyətindən danışılmış və bir sıra mühüm məsələlərə aydınlıq gətirilmişdir. Məruzələrdən sonra geniş fikir mübadiləsi olmuş, yeni fikir və təkliflər irəli sürülmüşdür. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.