20.04.2023, 08:14 - Baxış sayı: 354

Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layəsi olan “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb


Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layəsi olan “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıbBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Tarix İnstitutunun yeni layihəsi olan “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb.
Kitaba alimlərin, Ulu Öndərlə çalışan dövlət xadimləri, bir sıra tanınmış şəxslərin memuar elementləri ilə zəngin, elmi-bioqrafik məqalələri daxil ediləcək. Bu barədə BŞİH-də keçirilən elmi-praktik konfransda bildirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirib ki, bu gün Azərbaycan postsovet məkanında lider dövlətdir, Prezident İlham Əliyevin dahi siyasəti sayəsində dünyada öz layiqli yerini tutur: “Yadda saxlamaq lazımdır ki, bu siyasətin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub və o bugünkü müasir, müstəqil Azərbaycanın yaradıcısıdır. Ümummilli Liderin layiqli siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi uğurla inkişaf etdirir”.
Konfransda AMEA Tarix İntitutunun direktoru Kərim Şükürov, deputat Aydın Hüseynov, deputat Azər Badamov, professor İlham Məmmədzadə, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynli, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi Fərhad Cabbarov müxtəlif mövzularda çıxışlar edərək ulu öndər Heydər Əliyevin fəaliyyətinin fərqli sahələrinə nəzər salıblar.