03.05.2023, 05:10 - Baxış sayı: 264

DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil - I-II YAZI


DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil - I-II YAZII-II YAZI

Müasir Azərbaycan dövləti Azərbaycan Cümhuriyyətinin varisi olaraq uzun əsrlərdən bəri siyasi şüuru və dövlətçilik ənənəsi ilə dünya tarixində dərin izlər buraxmış dövlətlər quran, müdrik, dözümlü, mübariz, bəşər mədəniyyətinə töhfələr verən, sülhsevər, intellektual resursları etibarilə "siyasi millət" statusuna malik olan bir xalqın dövlətidir.
Azərbaycan ərazisində çoxsaylı lokal və mərkəzləşmiş tarixi dövlətlər qurulmuşdur. 1501-ci ildən isə mərkəzi Təbriz olmaqla Yaxın Şərq regionunda yeni bir sivilizasiyanın yaranışına təkan verən Səfəvi dövlətinin meydana gəlməsi, İslam coğrafiyasında Osmanlı ilə yanaşı, ikinci, qüdrətli müsəlman imperiyasının varlığı Avropa üçün "düşündürücü" idi. Məhz həmin tarixdən etibarən Vatikan başda olmaqla Avropanın güc mərkəzləri Qafqazda gizli diplomatik əməliyyatlar aparmağa başlamışlar. Bir sıra arxiv sənədləri sübut edir ki, Qacarlar dönəmində İrəvan xanlığında, bütövlükdə Qərbi Azərbaycan ərazisində keşiş, rahib qismində "ruhani agenturası" xüsusi təşkilatçılıq və koordinasiya altında yalnız bir məqsəd uğrunda fəaliyyət aparmışdır: erməni etnosu vasitəsilə ideoloji-siyasi xristianlığı müsəlmanlığa alternativ düzəltmək... Biz, bu dönəmi (şərti olaraq) "kilsə diplomatiyası" kimi xarakterizə edə bilərik.
Bütün təhlillərdən belə qənaət hasil olur ki, xalqın həyatı, gələcəyi dəqiq siyasi hakimiyyət sisteminə malik olan möhkəm dövlətə bağlıdır. Əgər xalq dövləti yaradırsa, dövlət də xalqın davamlı varlığını və inkişafını təmin edir. Ona görə də dövlət xalqın təbiətini ifadə edən, tarixini yaradan, taleyini müəyyənləşdirən ən ali fenomendir.
Beynəlxalq münasibətlər sisteminin tarixi göstərir ki, dövlətlər arasında mütəmadi olaraq bu və ya digər dərəcədə iqtisadi-siyasi maraqların toqquşması olub, həmişə də olacaq. Bu proses müasir dövrdə daha intensivdir. Dünya geopolitikasında Cənubi Qafqaz yalnız karbohidrogen, əlvan metal və s. resursları ilə deyil, həmçinin, Avropa ilə Asiyanı birləşdirən müstəsna əhəmiyyətə malik regiondur. Elə buna görə də Cənubi Qafqaz tarixən böyük imperiyaların diqqət mərkəzində duran bir coğrafiya, iki bəşəri hadisənin - sivilizasiyaların və münaqişələrin mərkəzi olmuşdur.
Siyasi xristianlıq mərkəzləri Cənubi Qafqazda diplomatik qərargahlar yaratmış, 1828-ci ildən isə çar Rusiyası əhali və ərazi siyasəti aparmış, habelə geniş hərbi-siyasi düşərgə qurmuşdur. 1918-ci ildə ermənilərə verilən İrəvan xanlığı başda olmaqla Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidliyinə aid torpaqlarda, həmçinin Qərbi Azərbaycanın ictimai-siyasi həyatında hər şey məhz bu istiqamətdə dəyişmişdir. Beləliklə, sovet Rusiyası Azərbaycan xalqının iradəsinin əksinə, hüquqlarına zidd olaraq onun torpaqlarında köçəri etnosu kütləvi şəkildə məskunlaşdırmış, bununla da özünün təbii haqlarını qoruyan aborigen müsəlmanlarla təcavüzkar köçərilər arasında bitməz-tükənməz münaqişələrə rəvac verilmişdir.
XIX əsrdən erməni etnosunun kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi və davamlı manipulyasiya məqsədilə məskunlaşdırılması çar Rusiyasının Şərq siyasətinin tərkibi olmuşdur. Başqa sözlə, məhz idarəedilən xaos xarakterli həmin proses geopolitik strategiyanın əsas amillərindən biri idi. Belə ki, qlobal güclərin, xüsusən, çar hökumətinin geopolitik maraqlarına görə, Qafqazda əhali və ərazi siyasəti aparılmalı, xalqların demoqrafik tərkibi tamamilə dəyişdirilməli, yəni Qərbi Azərbaycan coğrafiyasında türk-müsəlman əhalisi erməni-xristian nisbəti ilə əvəz edilməli idi...
Azərbaycanın əzəli torpaqlarının bir hissəsi olan Qarabağ, Zəngəzur, oranın aborigen müsəlman əhalisi çar Rusiyasının, həmçinin sovet Rusiyasının ərazi və əhali siyasəti nəticəsində kütləvi surətdə qırğınlara və deportasiyalara məruz qalmışdır. Başqa sözlə, Azərbaycan xalqına təcavüz zəminində baş verən bütün hadisələrin əsas səbəbi əhali siyasəti olmuş, bununla da onun suverenlik hüququ ən kobud şəkildə pozulmuşdur.
XX əsrdə bir xalqa, onun dövlətinə qarşı aparılan qəddar, özündə bəşəri cinayətlər ehtiva edən hadisələri, xüsusən Zəngəzur faciəsini yalnız tarixi deyil, həm də hüquqi-siyasi müstəvidə tədqiq etmək zərurəti vardır. Ona görə də bu yazıda əsas məqsəd problemi tarixi aspektlər əsasında "şəxsiyyət suverenliyi", "xalq suverenliyi" və "dövlət suverenliyi" istiqamətində hüquqi-siyasi kontekstdə təhlil etməkdir. Eyni zamanda Rusiya-Qafqaz, Moskva-Ermənistan münasibətlərində tarixi Azərbaycan torpaqlarında Ermənistan yaradılmasının, sonralar tədricən Azərbaycan torpaqlarının Ermənistana verilməsinin beynəlxalq hüquqazidd olmasını əsaslandırmaq, dünən, bu gün və gələcəkdə də xalqın taleyində ağır nəticələr törədən proseslərə toxunmaq, tarixi-siyasi ədalətsizliyin ayrı-ayrı aspektlərini arxiv materialları, müqavilələr, qərarlar, məktublar və teleqramlar əsasında müqayisəli təhlil etmək və ümumiləşdirmilər üzərində məntiqi mühakimələr aparmaqdır.

Dövlət suverenliyi

Dövlət mövzusu antik dövrdən indiyə kimi aktualdır, gələcəkdə də belə olacaq. Dövlət suverenliyi dedikdə iki mühüm faktoru - dövlətin mahiyyətini və funksiyasını ayrı-ayrılıqda aydınlaşdırmaq lazımdır.
Mahiyyət etibarilə dövlət əhalinin öz ərazisi üzərində sərhədləri aydın şəkildə müəyyən edilən, lokal, regional və qlobal müstəvidə digər dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınan, dünya dövlətləri ilə diplomatik-siyasi münasibətlər quran, hüdudları bəlli olan quru, su, hava məkanına nəzarəti həyata keçirən müstəqil, suveren qanunverici, qanunicraedici və qanunmühafizəedici hakimiyyətlər sistemidir. Bu ali sistemin ən dəyərli sərvəti isə onun suverenliyidir.
Funksiyası etibarilə suveren dövlət konstruktiv əsaslar üzərində qurulan, obyektiv qanunlarla öz müqəddəratını özü təyin edən, ictimai-siyasi taleyini özü müəyyənləşdirən, başqa bir dövlətdən asılı olmayan, dövlət əhəmiyyətli hər hansı qərar qəbul etdikdə azad fikirli, müstəqil düşüncəli vətəndaşlarının könüllü rəyinə əsaslanan, əhalinin təbii tələbat və ehtiyaclarının ödənilməsi mexanizmini təşkil edən, bütövlükdə insan hüquqlarının təmin və müdafiə edildiyi bir təsisatdır.
Beynəlxalq hüquq normalarına əsasən dövlətə dair göstərilən hər bir parametrin ayrı-ayrılıqda öz növbəsində toxunulmazlığı dövlət suverenliyini şərtləndirən və reallaşdıran mühüm prinsipdir. Bir halda ki, istər Cümhuriyyət dövründə, istərsə də Azərbaycan SSR tarixində həmin prinsiplər, ümumiləşdirilmiş mənada desək, Azərbaycanın dövlət suverenliyi hüququ birmənalı olaraq kobud şəkildə pozulmuşdur. Azərbaycan SSR sovetlər birliyinin tərkibində hakimiyyət sisteminin əsas tərkibinin mütləq əksəriyyətinin antimilli olmasına baxmayaraq, əsrlərlə siyasi şüuru və dövlətçilik ənənəsi olan bir xalqın dövləti idi və bu dövlətin konstitusiyası var idi. Nəzərdə tutulan konstitusiyanın müvafiq maddələrinə əsasən Azərbaycan dövlətinin əraziləri xalqın iradəsi olmadan dəyişdirilə bilməzdi. Lakin tarixi ədalətsizliklə dolu olan faciəli reallıqlar bunun əksini göstərməkdədir. Sovet hakimiyyətinin mərkəzi siyasi aparatını təmsil edən aktorlar tapındıqları və mənsub olduqları kommunist ideologiyasının əksinə getməklə yanaşı, qəbul etdikləri konstitusion prinsipləri pozmuş, bununla da həm mərkəzdə, həm də ittifaq respublikalarında totalitar mühit yaratmışdılar. Bir halda ki, 1917-ci il inqilabı ərəfəsində başda Lenin olmaqla bütün bolşeviklər menşevikləri antidemokratiyada suçlayır, bütün sovet xalqlarına azadlıq və demokratiya, hətta kapitalist buxovunda əzilən Şərq xalqlarına təntənəli tərəqqi vəd edirdilər... Lakin hakimiyyəti ələ alar-almaz bütün vədlərin tam ziddinə olaraq qeyri-əxlaqi siyasət nümayiş etdirdilər. Məhz ona görə də yerli hakimiyyət nümayəndələri xeyli dərəcədə təzyiq altına alınmışdır. Məsələn, de-yure olaraq hökumət başçısı N.Nərimanov olduğu halda, de-fakto səlahiyyətləri Orconikidze və ya Çiçerin icra edirdi. Həmin totalitar mühitdə əziyyət çəkən sovet xalqları arasında əhalisinin kütləvi surətdə qırılmasına, deportasiyasına, irimiqyaslı ərazisinin çapılmasına görə ən çox itkilər verən və mərhumiyyətlərə məhkum edilən Azərbaycan xalqı olmuşdur.

Zəngəzur problemi - Azərbaycan Cümhuriyyətinə qarşı ermənilərin mübahisəli ərazi yaratmaq hiyləsi

Ramanovlar sülaləsinin 300 illiyi dönəmində çar Rusiyasının süqutu ərəfəsində Cənubi Qafqazda millətləşmə hərəkatı başlamış, mərkəzi Tiflis olmaqla azərbaycanlı müsəlmanlardan, gürcülərdən və XX əsrin əvvəlində İrəvan xanlığında məskunlaşdırılan ermənilərdən ibarət Qafqaz Seymi adlanan federativ təşkilat meydana gəlmişdir. Həmin təşkilatın əsas tərkibi Azərbaycan Milli Şurası Gəncədə qurulmaqla 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətini elan etmişdir.
1918-ci ilin fevralında yaradılmış Cənubi Qafqaz Seyminin ümumi ərazisi 210 min kvadratkilometr idi. Bu ərazinin 45 min kvadratkilometri Brest-Litovsk (mart 1918-ci il) və Batum (iyun 1918-ci il) müqavilələrinin şərtlərinə görə Osmanlı Türkiyəsinə verildi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı ilə İrəvan şəhəri də daxil olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə güzəşt edildi, 100,6 min kvadratkilometri Azərbaycan Xalq Cümhuriyyətinə, 55,4 min kvadratkilometri isə Gürcüstana aid edildi.
Azərbaycan Milli Şurası 1918-ci il iyunun 14-də Tiflisdə erməni Milli Şurasının nümayəndələri ilə birgə keçirilən görüşdə ərazi delimitasiyası haqqında şifahi razılığın olduğu barədə məlumat yaymışdır. Bu razılaşma tərəflərin Batumidə əldə etdikləri əvvəlki razılaşmadan daha real idi. Həmin razılaşmaya əsasən Azərbaycan tərəfi İrəvanın Ermənistan paytaxtı elan edilməsinə etiraz etməyəcək, ermənilər isə öz növbəsində (Yelizavetpol quberniyasının bir hissəsinə), yəni Qarabağa iddialarından imtina edəcəkdilər. Hansı ki, tamamilə əksinə oldu... Belə bir vəziyyət assosial köçəri etnos olan ermənilərin, xüsusən daşnakların istənilən şəraitdən "məharətlə" sui-istifadə xislətinin bariz nümunəsi idi və bu, müqavilədən əvvəl nəzərə alınmalıydı. Azərbaycan siyasi elitasının lazımsız, bəlkə də yersiz humanistliyindən yararlanan tərəf İrəvandan sonra Qarabağa və digər ərazilərə də iddia etmişdi. Erməni tərəfi nəinki Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə potensial təcavüz mövqeyində durur, Qarabağa da iddia etməklə yuxarıda qeyd edilən formatda aparılacaq danışıqlardan boyun qaçırırdı. Belə ki, erməni nümayəndə heyətinin sədri A.Aqaronyan İstanbuldan Ermənistanın xarici işlər naziri H.Ohancanyana 8 iyul 1918-ci ildə Cənubi Qafqaz respublikalarının mərkəzi güclərlə sülh konfransında iştirak etmələri barədə məlumat verdi. O, öz teleqramında Batumi danışıqlarının əhəmiyyətsiz olduğuna dair təsəvvür yaradırdı. Bununla da ermənilər Ermənistanın sərhədlərinin ən azı Şuşa, Cavanşir, Zəngəzur, Dərələyəz, Sürməli, Naxçıvan, Şərur kimi əraziləri əhatə etməli olduğunu planlaşdırırdılar. Deməli, ermənilər bu minvalla Azərbaycan ərazisi hesabına özlərinə ərazi düzəltməyə çalışırdılar. Bir halda ki, əhalinin etnik tərkibi və demoqrafik göstəricisi aşağıdakı kimi idi. Erməni alimi Zaven Korkodyan 1932-ci ildə yazdığı "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı əsərində göstərir ki, "1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % türk-müsəlman olmuşdur.
Çar Rusiyasının süqutu ərəfəsində Qarabağ Yelizavetpol quberniyasının tərkibində olub və dörd qəzanı, yəni Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl ərazilərini əhatə edirdi. Qafqaz təqviminə görə isə 1917-ci ilə dair ümumi əhali sayı 242.000 erməni, 322.000 azərbaycanlı olmuşdur. Xüsusi vurğulanmalıdır ki, göstərilən rəqəm üzrə Qarabağ ermənilərinin yarısının sayı formal idi. Belə ki, əslində Qarabağın oturaq əhalisi olmayan çoxsaylı ermənilərin əlavə edilməsi ilə erməni siyahısı fantastik həddə şişirdilmişdir.
İki əsr boyunca həm çar, həm də bolşevik hakimiyyəti illərində xarici ölkələrdən ermənistanlaşdırılmış Qərbi Azərbaycana kütləvi şəkildə erməni miqrant axıdılmışdır. Bu prosesdə əsas məqsəd tarixdə heç vaxt olmayan, lakin gələcəkdə qurulacaq erməni dövləti üçün baza - əhali formalaşdırılmaq idi. Erməni nümayəndəsi etiraf edir ki, "Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin "böyük Ermənistan" hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu, Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onlar hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır" (B.İşxanyan. "Qafqaz xalqları", Petroqrad. 1916). Eyni məzmunlu məsələ köməksiz şəraitdə qalan türk-müsəlman qadınların və körpələrin qatili kimi tanınan, adı belə ifadə edilməyə layiq olmayan nakəs tərəfindən də etiraf edilir. "... 1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür" (Zori Balayan. "Ocaq", s. 120, 192, 273).

Zəngəzurda daşnakların terror aktları

Müstəqilliyin ilk aylarında Bakının azad edilməsi ilə əlaqədar Azərbaycan Cümhuriyyəti hökumətinin başının qarışıq olmasından istifadə edən ermənilər 1918-ci il iyulun 22-də Qarabağda "ermənilərin I qurultayı" adlanan qondarma toplantı çağıraraq özlərinə inzibati orqan yaradılması haqqında qərar qəbul etdilər. Yeri gəlmişkən, qeyd edilməlidir ki, həmin məsələyə görə Cümhuriyyət parlamentində Qarabağ ərazisinə ayrılan yerlər boş idi. Qarabağdakı ermənilərin hərəkətləri bununla məhdudlaşmırdı, onlar İrəvan xanlığı ərazisindəki ermənilərlə əlbir olub Cümhuriyyət hökumətinə qarşı gizli şəkildə təxribat hazırlayırdılar və belə bir şəraitdə Andranik Ozanyanın komandanlıq etdiyi terror qruplaşmaları meydana gəldi. Qeyd edək ki, analoji ssenari Birinci Dünya müharibəsi şəraitində Osmanlı dövlətinə də qarşı həyata keçirilmişdi. 1918-ci ilin yayından etibarən Andranikin komandanlığı ilə toplar, pulemyotlar və digər silahlarla təchiz edilmiş 8 min daşnak quldur dəstələri Qarabağda və Zəngəzurda mülki müsəlman əhaliyə qarşı qarət, terror və qətliam törədirdilər.
Müasir Azərbaycan Respublikasının müvafiq mühüm dövlət qurumlarında qorunub saxlanan aidiyyəti sənədlərə əsasən Azərbaycan Cümhuriyyəti hökumətinin Fövqəladə Təhqiqat Komissiyası müəyyən etmişdir ki, xarici mərkəzlər tərəfindən təchiz və təmin edilən, idarə olunan Andranikin terror şəbəkəsi tərəfindən 1918-ci ilin yayından bütün bölgədə soyqırımı və repressiya əməliyyatları aparılmışdır. Yalnız Zəngəzur qəzasında 115 müsəlman kəndi yerlə-yeksan edilmiş, 10 mindən çox insan öldürülmüş, 50 minə yaxını isə qaçqın düşmüşdür. 1918-ci ilin sonunda Qarabağın 150-dən çox müsəlman kəndi talan və viran edilmişdir. Bu kimi cinayət faktlarını məhz elə ermənilər də etiraf edirdilər: "Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər" (A.Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında" ("İnqilabi Şərq" jurnalı, № 2-3, 1936).
Bu, bir tərəfdən, tarixən böyük dövlətlər tərəfindən siyasi manipulyasiya elementi kimi istifadə edilməklə başqa bir dövlətə qarşı qoyulan, digər tərəfdən, gözlənilməz halda köməksiz şəraitdə olan dinc əhaliyə qarşı gizli planlar əsasında xüsusi amansızlıqla qəddarlıq, terror, qətliam törədən, təbiət etibarilə satqın, hiyləgər, riyakar, qadınları vasitəsilə mənfəətə çatan bir zümrənin heç bir qəhrəmanlığı ola bilməz, quldurluğu ola bilər... Necə ki, rusiyalı diplomat general Mayevski xatirələrində ermənilərin törətdiyi kütləvi qırğınları vurğulayır: "Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar". Xarakteri qeyd edilən erməni daşnakları onları silahlandıran xarici qüvvələrin himayəsində talanetmə, məhvetmə aktlarını törətdiyi ərəfədə Cəmil Cavad bəyin komandanlığı altında türk qoşunları 1918-ci il oktyabrın əvvəlində Şuşaya gəlməli oldu. Yalnız belə olduqda erməni icmasının başçıları təcili yığıncaq çağırdılar və yalnız bir neçə gün Azərbaycanın hakimiyyətini tanımağa qərar verdilər. Deməli, türk ordusunun gəlişi, qəddarlığın və separatçılığın son həddinə çatan ermənilərin qorxu qarşısında necə də saxtakar və riyakar xislətini bir daha ifşa etdi... Yəni bir çox tədqiqatçılar qeyd edirlər ki, həmin vaxt ermənilər türk ordusunun gəlişinə hazırlıq görüb Şuşanın ermənilər yaşadığı hissəsinin girişini bəzəməyə başladılar. "Mşak" qəzeti 22 oktyabr 1918-ci il sayında türk ordusunun şəhərin erməni hissəsinə gəlişi ilə bağlı belə bir məlumat verirdi: "Yepiskop Vaqan sadiq bir müraciət etdi. Bundan sonra Cevat bəy ermənilərə aman verib onlardan silahlarını təhvil verməyi tələb etdi və silahlar arabalara dolduruldu... Türk qoşunları "Realnıy" məktəbinin binasında qalmağa qərar verdilər".
Tarixin ziddiyyətli tərəflərindən biri də faktların qarşılaşdırılmaması, uzlaşdırılmamasıdır. Yuxarıda adı qeyd edilən mətbu orqanda gərək belə bir fakt da yazılaydı ki, Yepiskop Vaqan riyakar və saxtakar idi... O, türk ordusunun gəlişindən əvvəl nə ilə məşğul idisə, gedişindən sonra da həmin işlə məşğul olurdu: ruhani libasında ənənəvi etnokarparasion təyinatı - terrorla... Hansı ki, "yepiskop libaslı cəlladlar"ın ataları və müəllimləri az öncə Anadoluda həmin əməlləri törətmişdilər. Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportunda göstərilir ki, "kəndlərə gedən yollarda müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Bunlar əsasən qadınlar və uşaqlar idi. Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər səksən nəfər müsəlmanı bir evə doldurub, onların başlarını kəsirdi". Bununla belə, Andranikin törətdiyi terror hücumları Qarabağda günbəgün gərginliyi artırır və vəziyyət qeyri-sabit qalırdı.

Cənubi Qafqaz üzərində qlobal maraqlar: Britaniya nümayəndəliyi və erməni "diplomatiyası"

1918-ci il noyabrın ortalarında ingilis qoşunları Azərbaycana gəldi. Birinci Dünya müharibəsi yekunlaşdıqdan sonra 1918-ci ilin oktyabr-noyabr aylarında türk ordusu Cənubi Qafqazdan geri çəkildi və Antanta bölgənin milli inzibati quruluşuna nəzarəti ələ keçirdi. Cənubi Qafqazda milli respublikalar arasında ərazi mübahisələrinin həllində və ya kəskinləşməsində müəyyənedici rola malik olan Britaniya hökmranlığa başladı. Lakin Britaniyanın hansı meyarlar əsasında bu və ya digər münaqişəli tərəfləri dəstəkləmə, yaxud bütövlükdə neytrallığı saxlama siyasəti aydın deyildi. Hər halda, onlar öz geosiyasi maraqlarını əsas götürürdülər. Yalnız onu demək mümkündür ki, F.Xoyski erməni terror şəbəkəsinin cinayətlərinin qarşısının alınmasına dair konkret tədbirlər görülməsi üçün U.Tomsona yazılı müraciət göndərmişdir. Burada bir xalqa qarşı törədilən qanlı cinayətlərin qarşısının alınmasından söhbət gedirdi. Lakin "tədbir" yalnız xəbərdarlıq etməklə yekunlaşdı. Xəbərdarlıq isə aşağıdakı mətndən ibarət idi: "Bütün ermənilərə qapalı məkanlarda qalmaq və silahları endirmək tövsiyə olunur, əks halda, qan tökülməsinə və cinayətlərə görə cavab verəcəklər". General-leytenant ser William Tomson. Britaniya silahlı qüvvələrinin komandanı.
Aydındır ki, bir xalqa, ümumiyyətlə, onun torpağına, dövlətinə və gələcəyinə qarşı qənim kəsilən terrogen bir etnosa Tomsonun formal xəbərdarlığı əhəmiyyətsiz idi. Bunu dəqiqləşdirən Azərbaycan Cümhuriyyəti hökuməti 15 yanvar 1919-cu ildə Xosrov bəy Sultanovu "Qarabağ quberniyası" üzərində qubernator təyin edərək Britaniya hərbi komandanlığının da razılığı ilə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının münaqişəli vəziyyət yaratdığı Qarabağda və Zəngəzurda münaqişə zonasının konkret ərazi üzrə nəzarətə alınmasını təmin etmək istəmişdir. Qubernatorluğun fəaliyyətinin ilk günlərindən Ermənistan siyasi dairələrinin təhriki altında Qarabağda və Zəngəzurda erməni milli nümayəndələri Tomsonun rəhbərlik etdiyi Britaniya nümayəndəliyinə etiraz qismində çoxsaylı məktublar, teleqramlar göndərərək Qarabağı və Zəngəzuru Ermənistanın tərkib hissəsi kimi qələmə verməyə çalışırdılar. Xüsusən, ermənilərin dövlət komissarı A.Şahmazyan qubernatorluqda Britaniya hərbi heyətinin fəaliyyətinin yerli hökumətdən üstün tutulmasını təklif etmişdir. Böyük ehtimal ki, general Tomsonun 1919-cu ilin martında İrəvana etdiyi səfər də məhz həmin məsələ ilə əlaqədər olmuşdur. Bu səfərin və aparılan görüşlərin nəticəsi olaraq Britaniya hərbi administrasiyası tərəfindən Qarabağ və Zəngəzurda Azərbaycan qubernatorluğunun ləğv olunması və ermənilərin maraqlarının təmin edilməsi zəminində işlər aparılmışdır. İrəvanda görüşlərin və danışıqların hansı zəmində aparılmasından asılı olmayaraq 1919-cu ilin aprelində Britaniya ordusunun polkovniki Diqbi Şattlvortun təşəbbüsü ilə Qarabağdakı Britaniya hərbi idarəsi qubernator Xosrov bəy Sultanovu yeganə ali hakimiyyət orqanına rəhbərlik edən hüquqi şəxs olaraq rəsmən tanıdı və onun səlahiyyətlərini bütün əhali üçün qeyd-şərtsiz məqbul elan etdi. Bundan bir neçə gün sonra, yəni 08.03.1919-cu ildə mayor Monk Meyson və polkovnik D.Şattlvort tərəfindən hazırlanan "Qarabağ və Zəngəzur hesabatı"na əsasən törətdikləri iğtişaş və cinayətlərə görə Ermənistan hökumətinin nümayəndələri A.Şaxmazyan və M.Arzumanov bölgədən deportasiya edildilər. Lakin erməni hökuməti Avropanın himayəsi ilə bölgədəki Britaniya komandanlığını ələ almağa müvəffəq oldu və bununla da 14.05.1919-cu ildən etibarən Azərbaycan hökuməti Zəngəzur ərazisində təmsil olunmadı. Demək olar ki, erməni milli şurası ilə Azərbaycan hökuməti arasında kəskinləşən münasibətlər fonunda 15.08.1919-cu ildə "Sülh Konfransı"nda qəbul edilən qətnamədə Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaqdan boyun qaçıran erməni hökuməti Qarabağın ermənilər məskunlaşdığı əraziləri Azərbaycanın bir hissəsi olaraq tanımışdır.
Həmin sənəd özündə ikimənalı ziddiyyəti əhatə edirdi:
I. Zəngəzur məsələsində perspektivdəki itkilər zəmində.
II. Terrogen erməni hökumətinin bilavasitə təchiz və təmin etdiyi separatçı terror şəbəkələrinin qarşısının alınması zəmində.
Zəngəzurda Ermənistanın dövlət cinayətləri ingilis qoşunları Azərbaycandan çıxarıldıqdan sonra, 1919-cu ilin iyulunda beş böyük dövlətin (ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya) qərarı ilə müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarı təyin edilmiş ABŞ ordu qərargahının polkovniki Uilyam Qaskell bölgəyə səfər etmişdir. Qaskell avqustun 20-də İrəvana, avqustun 23-də Tiflisə, nəhayət, avqustun 28-də Bakıya gəldi. Onun səfərində məqsəd Rusiya imperiyasından azad olan milli dövlətlərin nümayəndələri arasında müstəqilliklərinin tanınması ilə bağlı fəal danışıqlara başlamaq idi.
Qaskellin əsas vəzifələrindən biri, yeni yaranmış respublikaların öz nümayəndə heyətlərinin Sülh Konfransına təqdim etdikləri memorandumların məzmunu ilə uyğun olub-olmadığını yerindəcə müəyyən etmək, həmçinin həmin məsələyə dair hesabat hazırlamaqdan ibarət olmuşdur. Bu prosesdə Cənubi Qafqazda sərhədlər problemi prioritet məsələ kimi onun qarşısında duran mühüm plan olaraq qalırdı. Xüsusilə ona görə ki, Britaniyanın keçmiş hərbi administrasiyasının Ermənistan-Azərbaycan, Qarabağ və Zəngəzur münaqişəsi ilə bağlı mövqeyindən xəbərdar idi. Bu baxımdan, onun mövqeyi fərqli ola bilməzdi.
Qaskell 1919-cu il avqustun 28-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Usubbəyovla görüşündə ərazi məsələsinə toxunaraq Qarabağı və Zəngəzuru Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq vurğulamış və öz fikirlərini yalnız bu zəmində əsaslandırmışdır. Eyni zamanda, onun adından (guya O, Ermənistan parlamentində çıxışında Azərbaycana dair təhdid göstərmişdir) yayılan dezinformasiyanı da təkzib etmişdir.
Həmin görüşdə qeyd edilmişdir ki, Qərb administrasiyası ərazilərin delimitasiyasına tərəfdardır, belə halda Qarabağ və Zəngəzur Azərbaycan ərazisi olaraq onun tərkibində qalmalıdır. Bununla da Azərbaycan hökuməti Ermənistanla konfrans keçirməyə etiraz etmirdi. Çünki bu, ölkələr arasında ərazi mübahisələrinə və münaqişələrə son vermək üçün mümkün variant kimi nəzərdən keçirilirdi. Konfrans keçirmək barədə əldə edilən razılaşmadan sonra Azərbaycan hökuməti Qarabağdakı qoşunlarını geri çəkmiş, bunu fürsət bilən Ermənistan isə yerli erməni icmasını Azərbaycan hökumətini tanımamaq, ona qarşı qoymaq məqsədilə Zəngəzura qoşun, silah-sursat göndərmişdir.

Xanlar VƏLİYEV,

Hüquq elmləri namizədi, Əməkdar hüquqşünas

Ruşan RUŞANZADƏ,
Siyasi elmlər namizədi

"Respublika-news.az"
"Respublika-news.az"