03.05.2023, 09:06 - Baxış sayı: 380

Professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı nəşr olunub


Professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı ( Bakı, “Tuna” QSC mətbəəsi, Keşlə qəs.,1-ci Önünə küç., 19) (277 səh) nəşr olunmuşdur.
Kitab Heydər Əliyevin anadan olmasının 100 illiyinə və İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuşdur.
Qeyd etmək lazımdır ki, bu kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun maliyyə dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində çap olunmuşdur.
Kitab müstəqillik dövründə Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət-din siyasətinin fəlsəfi-sosioloji cəhətdən araşdırılmasına həsr edilmişdir. Kitabda İslamın Qafqazda yayılmasında Azərbaycanın rolu, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının bərqərar olunması, dini tolerantlıq, dini ekstremizm və dini təhlükəsizlik haqqında Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti ilk dəfə olaraq geniş şəkildə araşdırılmışdır. Bununla yanaşı, Heydər Əliyevin “İslam birliyi” ideyası və Prezident İlham Əliyevin müsəlman ölkələrinə “İslam həmrəyliyi” çağırışı dövlət-din siyasətində yeni istiqamət kimi elmi cəhətdən mühüm aktuallıq kəsb etməkdədir.
Kitabın:
• elmi məsləhətçisi: AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva,
• elmi redaktoru: AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə,
• rəyçiləri: AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, tarix elmləri doktoru, dosent Eynulla Mədətli, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru, AzTU-nun professoru Əyyub Kərimov, hüquq elmləri doktoru, BDU-nun professoru Etibar Əliyev, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur.
Kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 27.09.2022-ci il tarixli 05 saylı qərarı ilə nəşr edilib.
Kitab tələbə və doktorantlar, ilahiyyatçılar, dinşünaslar, orta və ali məktəb müəllimləri, eyni zamanda geniş oxucu kütlələri üçün maraqlı və faydalı olacaqdır.