Bursa şəhərində AMEA-nın təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə. “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” mövzusunda konfrans keçirilib
Bursa Uludağ Universitetində (BUU) AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin təşkilatçılığı, BUU Fən-Ədəbi̇yyat fakültəsinin Fəlsəfə bölməsinin ev sahibliyi və Bursa Azərbaycan İnnovasiya və Həmrəylik (BAİDD) İctimai Birliyinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Azərbaycan-Türkiyə. “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” mövzusunda konfrans keçirilib.
Bursa Uludağ Universitetinin Mete Cengiz Mədəniyyət Mərkəzində keçirilən konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi” mövzusunda geniş məruzəsi, Uludağ Universitetinin professoru Abdulkadir Çüçenin “Cumhuriyetimizin arkasındaki aydınlanma felsefesi”, professor Saime Yüceerin “Türkiyə-Azərbaycan qardaşlığının nümunəsi: Bakının işğaldan qurtuluşu”, professor Həvva Məmmədovanın “Azərbaycanı dünyaya tanıdan dahi lider Heydər Əliyev”, dosent Hacer Qarabağın “Mustafa Kamal Atatürk və Türk dünyası”, fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimovun “Azərbaycançılıq ideologiyası”, dosent Faiq Ələkbərlinin “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu”, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınlarıın cəmiyyətdə rolunun inkişaf etdirilməsi strategiyası” mövzularında çıxışları maraqla qarşılanıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Azərbaycan-Türkiyə. “Bir millət, iki dövlət”in yenilməzlik fəlsəfəsi” mövzusunda keçirilən konfransda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Həsən Həsənov, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, BUU prorektoru, prof. Dr. Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, Fən-Ədəbi̇yyat fakültəsinin dekanı, prof. Dr. Cafer Çiftçi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alim və inzibati heyət, habelə Bursa şəhərində müalicəsini davam etdirən Qarabağ qaziləri və tələbələr iştirak edib.
Elmi konfransda hər iki ölkənin Dövlət himnləri səsləndirilib, tarixi videoçarxlar nümayiş etdirilib, iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edilib, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən konfransa gələn qonaqlar üçün Bursa şəhərinin tarixi yerlərinə gəzinti və banket təşkil olunub.
"Science.gov.az"