Fəlsəfə və Sosologiya İnstitutunun əməkdaşları elmi konfransda iştirak ediblər
AMEA Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: Qafqazşünaslıq sülh və əməkdaşlıq məsələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda görkəmli dövlət və ictimai xadim, dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi və dərin məntiqə əsaslanan idarəetmə fəaliyyəti barədə maraqlı məruzələr dinlənilmişdir. Panel müzakirələrdə AMEA Fəlsəfə və Sosologiya İnstitutunun əməkdaşları – aparıcı elmi işçi f.ü.f.d., dosent Zeynəddin Şabanov “Heydər Əliyevin dövlətçilik siyasətində ailə institutu”, elmi işçi İlham Soltanov “İnformasiya təhlükəsizliyi zərurəti” mövzusunda məruzələrlə çıxış etmişlər. Sonda xatirə şəkilləri çəkilmiş, çıxış edənlərə sertifikatlar və konfrans materialları təqdim olunmuşdur.