Heydər Əliyev strateji-ideoloji məntiqi: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur”
Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdı!
Prezident İlham Əliyev
Müasir Azərbaycanın XX əsrin II yarısı və XXI əsrin ilk onillik dövrü böyük dövlət xadimi, mükəmməl strateq, fenomen şəxsiyyət Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin 60-cı illəri təhlükəsizlik orqanlarından respublikanın Ali rəhbərinədək olan yolda vətəninə bağlı taleyüklü ömürdə Qarabağ məsələsi də gündəmdə olmuş, Ulu Öndərin prinsipiallığı nəticəsində söndürülmüş, Azərbaycan xalqının milli maraqları dominant sayılmışdır. Belə ki, “60-70-ci illərdə də erməni millətçiləri “Dağlıq Qarabağı” Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər... bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” söyləyən Ulu Öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflas olunmuşdu.
Ulu Öndər Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də məskunlaşan erməni ailələrin keçmişini, birgə yaşayış münasibətlərini akademik səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı. Ulu Öndər hələ keçmiş SSRİ-də Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu zaman ermənilər 1967-ci ildə iyun ayının 24-də Xankəndində küçələrə ermənicə 300-dək vərəqə paylamışdı. Saxta və uydurma şovinizmə söykənən, yalan erməni tarixini əks etdirən bu vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-inin tərkibinə qatılması təbliğatı gedirdi. Təbii ki, mükəmməl kəşfiyyatçılıq keyfiyyətləri olan DTK-nın milli təfəkkürlü generalı Heydər Əliyev həmin vərəqələrin müəlliflərini tapdırıb, ciddi cəza verdirmişdi. Digər bir fakt isə 1967-ci ildə erməni millətçiləri özləri erməniəsilli birini öldürmüş və bu ölümü iki azərbaycanlının üzərinə qoymuş, onların məhkəməsində isə həmin azərbaycanlıları öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq, qarşıdurma yaratmaqla yerli əhalini köçürüb, Qarabağın Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaqdan ibarət idi.
Və... nə yaxşı ki, qismət Böyük Heydər Əliyevi Azərbaycanın taleyinə yazmışdı. Ulu Öndər 15 gün şəxsən Xankəndinə gedərək, bu prosesin qarşısını öz məharətli çevik müdaxiləsi ilə aradan qaldırmışdı.
Ulu Öndərin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də keçmiş “Dağlıq Qarabağda” da milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Tarixi Şuşanı çox sevən Ulu Öndər onun iqtisadi-mədəni inkişafında da böyük səylər göstərmişdi. Sonradan isə Moskvada Siyasi Büroda üzv olarkən də, daim bu “Ermənistana birləşmə” arzusunun qabağına sədd çəkmişdi. Prezident İlham Əliyev 3 may 2022-ci il Şuşada keçirilən konfransda qeyd edir ki: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanı rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində O, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi”.
Müstəqil Azərbaycanda ikinci dəfə yenidən hakimiyyətə gələn Ulu Öndər məhz etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açmış və daşnakların “birləşmək arzularına” siyasi-hüquqi qiymət vermişdi. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərmişdi.
Ulu Öndər söyləyirdi ki: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Prezident İlham Əliyev də “Bayrağımız bütün işğal edilmiş torpaqlarımızda dalğalanacaq” bəyan edirdi.
“Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq” söyləyən Ulu Öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənib və yaxud “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” paradiqmal məntiqi günümüzün yoludur.
Ulu Öndərin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” məntiqi var.
Strateji dühalı, Azərbaycanın hərbi təhlükəsizliyinin uzaqgörən siyasətçisi Böyük Öndər - Sizin siyasi varisiniz, qanınız-nəfəsiniz, səsiniz-davranışınız, eynən strateji-siyasi oxşarınız Prezident İlham Əliyev 2020-ci il 27 sentyabrda Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki, hər birimizdə dünəndən ünvanlandığınız kəlamınızı öz qətiyyətli cəsarəti ilə oyatdı. Ulu Öndərin “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik” hökmünüzdə “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda “İRƏLİ” əmriniz bu gün də Şuşaya yolumuzdur, Amalımız da “Qarabağ Azərbaycandır” nidamızdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək: “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” söyləmiş və İlham Əliyevi siyasi varis elan etmişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu... Düz 17 il sonra isə, yenə payızda Prezident İlham Əliyev Böyük Strateq Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və Ali Baş Komandan, strateq sərkərdə olaraq işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks hücuma keçmə əmrini verdi. Vaxtilə Ulu Öndər Heydər Əliyev Qarabağ münaqişəsini əlində xətkeş, önündə Azərbaycanın xəritəsi dünyaya Azərbaycanı-Qarabağı tanıdırdı, hazırda Ali Baş Komandan İlham Əliyev dünyanın məhşur TV, KİV-lərinə “Qarabağ Azərbaycandır” bəyan edir.
Azərbaycan torpaqları işğal edilsə də, Ulu Öndər Heydər Əliyev siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai-siyasi sabitliyi bərpa edirdi. 17 il sonra XXI əsr Azərbaycanın islahatçı Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı diplomatik hərbi təhlükəsizlik yolunu davam etdirdi. Prezident öncə bu illərdə güclü ordu+güclü dövlət+güclü iqtisadiyyat strategiyası ilə vəhdətdə, azərbaycançılığa söykənən güclü xalq və kreativ, intellektual Azərbaycan vətəndaş formulasında xalqın milli mənafeyini qorumağa, Azərbaycanda yaşayan bütün xalqların birgə yaşayış həyat tərzinə hörmət amilini formalaşdırdı. Bu, Ulu Öndər Heydər Əliyev ideoloji məktəbinin siyasi-strateji və məntiqi yekunudur. Dövlət o zaman möhkəm olur ki, güclü lideri olsun! Güclü lideri də məhz güclü xalq meydana çıxarır. Prezident İlham Əliyev güclü Azərbaycan xalqının güclü, çevik lideri, Ali Baş Komandanıdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin uğurları bu illərdə səbrlə, soyuqqanlı diplomatiya ilə əldə olunub. Güclü liderin rəhbərliyi ilə bərpa edilən dövlət sərhədlərimiz, işğal altında qalan torpaqlarımızın azad olması ilə bahəm, həm də Azərbaycan xalqının özünə inamı qayıdır, özünə-Liderinin gücünə etibarı daha da möhkəmlənir. Hər kəs güclü Rəhbər – güclü Ali Baş Komandan fövqündə özünü də güclü hesab edir, iki əsrdən (1813-cü il Gülüstan müqaviləsindən başlayaraq) bu günədək uzanan yoldakı “tabeçilik” kompleksindən çıxaraq vətənin müdafiəsinə hər an hazırdır.
Bəllidir ki, istər fərd, istərsə fərdlər toplumu və ya xalq-millət özü-özünə hörmət-sayqı saxlamasa, ona heç kim hörmət bəsləmir. Cəsarətli, mübariz, qorxmaz, vətəni-torpağının varlığını, var olmasını müdafiə edənlərin də hörməti olur, sözü eşidilir və belə xalqlar da sayılır, diqqət nöqtəsində olur!
Möhtəşəm Azərbaycan ordusu və Ali Baş Komandan – Qarabağı işğaldan azad edən İlham Əliyev qeyd edir ki: “Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan, yenidən qurulur”.
Fikrimizi Azərbaycanın Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın “Qoy Uca Tanrı hər bir azərbaycanlıya Müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” diləyi ilə yekunlaşdıraq.
Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiolgiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri, professor
science.gov.az