“Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi-Elmi Təhlil” adlı kitab nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabı (Bakı, Elm və təhsil, 2023, 324 səh.) nəşr olunmuşdur.
Monoqrafiya liderliyin fəlsəfi-elmi təhlili prizmasında Ulu Öndər Heydər Əliyevin liderliyinin tədqiqinə həsr edilmişdir. Həmin məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlər ümumiləşdirilmiş və onlara müasir fəlsəfi-elmi idrak kontekstində təhlili yanaşılmışdır.
Konkret olaraq kitabda liderlik müasir fənlərarası yanaşma çərçivəsində formalaşan metodologiya əsasında araşdırılmış və onun fəlsəfi izahına cəhd edilmişdir. Bunun üçün müəllifin müəyyən etdiyi fənlərarası xarakterli metodoloji prinsiplərdən yararlanılmışdır. Bu yanaşmanı qnoseoloji və metodoloji aspektlərdə fəlsəfə ilə elmin “ortaq sahəsi”ndə liderliyin dərki kimi də qəbul etmək olar.
Ümumiyyətlə, liderliyin fəlsəfi-elmi araşdırıması nəticəsində alınan qənaətlərin Ümumilli Lider Heydər Əliyevin liderliyinin fəlsəfi-elmi dərk edilməsinə tətbiqi maraqlı məqamları üzə çıxarmışdır. Aydın olmuşdur ki, Heydər Əliyev öz fəaliyyəti ilə faktiki olaraq yeni liderlik modelini yaratmışdır. Bu istiqamətdə araşdırılmaların siyasi varislik bağlılığında Prezident İlham Əliyevin liderliyi nümunəsində davam etdirilməsi zərurəti dərk edilmişdir.
Kitabın elmi redaktorları AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədov və redaktoru isə Qabil Camalovdur.
Kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 05.04.2023-cü il tarixli, 02 saylı iclasının qərarı ilə çapa məshələt görülmüşdür.