30.03.2018, 13:24 - Baxış sayı: 1222

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş konfrans keçirildi


“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş konfrans keçirildiBu gün AMEA Fəlsəfə İnstititunda “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın səbəbləri və nəticələri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Həmçinin ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yarandığını qeyd edən İlham Məmmədzadə bildirib ki, tarixdə hər bir ideyanın, işin kökündə onun fəlsəfəsi, məntiqi dayanır.
Sonra Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların səbəbləri və hədəfləri”, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun “Soyqırım hadisəsinin və ondan xilas yollarının sistemli yanaşma yönündən təhlili”, fəlsəfə üzrə fəlsəfə doktoru Rövşən Hacıyevin “Azərbaycanlıların 31 mart soyqırımı günü: tariximizə daha bir baxış” və fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “1918-ci il mart soyqırımı: tarixi fəlsəfi yanaşma” mövzusunda məruzələri dinlənilmişdir.
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş konfrans keçirildi
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş konfrans keçirildi
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə” həsr olunmuş konfrans keçirildi