“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı kofrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilmişdir. Elm və Təhsil Nazirliyinin, AMEA-nın əməkdaşlarının, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin və digər qonaqların iştirak etdiyi tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Ədəbiyyatımızda azərbaycançılıq ideyasının qoyuşulu” mövzusunda çıxış etmişdir. Natiq çıxışında dövlətçilik ideologiyasının əsasını təşkil edən azərbaycançılıq ideyası, yaranması, inkşafı və onun ulu öndər Heydər Əliyev tərəfindən zirvələrə qaldırılması barədə danışmışdır. Qeyd olunmuşdur ki, bu ideya ətrafında sıx birləşmək siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Çıxışda dilimizin qorunub saxlanılması və saflığının təmin olunması məsələsində, ədəbiyyatımızın, poeziyamızın və gənc nəslin üzərinə düşən öhdəliklərdən də bəhs edilmişdir.