16.04.2018, 14:49 - Baxış sayı: 909

Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib


Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilibAzərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Rusiya Federasiyasının Yekaterinburq şəhərində ümummilli lider Heydər Əliyevin 95-illiyyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi-praktiki konfrans kecirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu İlqar İskəndərov çıxış edərək, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə yüksəldiyini və bu sahədə Azərbaycanın böyük tarixi təcrübəyə malik olduğunu vurğulayıb. Baş konsul bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı və digər sahələrdə həyata keçirilən siyasi xətt hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Konfransda AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə konfransın moderatoru olmaqla yanaşı, həm də "Heydər Əliyevin mənəvi irsi və multikulturalizm” movzusunda çıxış etmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevdən bəhs edən sənədli film nümayiş olunub.