“Fəlsəfənin pandemiyası” mövzusunda ümuminstitut seminarı keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfənin pandemiyası” mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü fəlsəfə elmləri doktoru, professor Əli Abasova verdi.
Məruzəçi Əli Abasov ilk öncə “Fəlsəfənin pandemiyası” termininin mahiyyətini təhlil edərək, fəlsəfə elminin hardan gəldiyini, onun yaranma tarixi və inkişaf mərhələləri haqqında məlumat verdi. Bundan başqa, dünya və insan arasında olan daima inkişafda olan sistemli əlaqələrin fəlsəfi mahiyyətinə toxundu. Ümumiyyətlə, bu sistemi üç mərhələdən – 1) Fizika, 2) Metodologiya, 3)Etika ibarət olduğunu qeyd edib.
Professor pandemiya fəlsəfəsinin sivilizasiyaya etdiyi təsirlərdən və bütün dünyada yaranan ən böyük problemlərdən biri olan böhran və onun doğurduğu nəticələri haqqında fikir söylədi: “Sivilizasiya 4 mərhələdən ibarətdir. Təbiətdən gələn, təbiətdə yaşayan, komputer, kommunikasiya. Sivilizasoyalar hər şeydən əvvəl inkişaf dərəcəsinə görə, sosial proseslərin sürəti, mexanizm və dərəcəsinə, dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər”.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d., Rəfiqə Əzimova, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və digər əməkdaşlar məruzəçiyə suallar verib, mövzu ətrafında geniş və əhatəli fikir mübadiləsi aparıblar.