05.06.2023, 07:05 - Baxış sayı: 162

Dosent Zeynəddin Şabanov gender bərabərliyi yanaşmasına dair təlimdə iştirak edib


Dosent Zeynəddin Şabanov  gender bərabərliyi yanaşmasına dair təlimdə iştirak edibElm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramlarından olan “Təhsil müəssisələrində çalışan professor-müəllim heyəti üçün tədris prosesində gender bərabərliyi yanaşmasına dair təlim" keçirilib. Təlimin məqsədi regionlarda gender bərabərliyinin pozulması və bundan irəli gələn problemlərin daha sıx rast gəlindiyini nəzərə alaraq təhsil müəssisələrində müəllim-şagird-ailə əlaqələrinin daha səmimi səviyyəyə yönəlməsidir.
Hibrid formada (56 rayon-şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərləri onlayn qoşulmuşdu) təşkil olunan təlimin açılışını Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, BDU-nun dosenti, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə salamlama nitqi ilə açdıqdan sonra Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin praktiki psixoloqu və BMT-nin “Atalar məktəbi – Məsuliyyətli atalığa doğru” layihəsinin psixoloqu Emin Səfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov təqdimatlarla çıxış ediblər. Təqdimatlarda beynəlxalq səviyyədə və Azərbaycanda gender məsələləri, qəbul edilmiş qanunlar, konvensiyalar haqqında məlumat verilmiş, təhsildə gender problemləri, təhsildən yayınma hallarının qarşısının alınması, erkən nikahlara qarşı mübarizə yolları haqqında danışılmış, gender bərabərliyinə de-fakto əməl olunmasının zəruriliyi ifadə olunmuş, ali təhsil müəssisələrində “Gender siyasətinin əsasları” fənninin tədrisinin vacibliyi vurğulanmışdır. Sual-cavabla yekunlaşan tədbirin sonunda xatirə fotoşəkli çəkdirilib.
Dosent Zeynəddin Şabanov  gender bərabərliyi yanaşmasına dair təlimdə iştirak edib