07.06.2023, 10:17 - Baxış sayı: 181

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilibBu gün “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində “Müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsipi” adlı dəyirmi masa keçirilib. Şöbə əməkdaşları çıxış edərək bildirdilər ki, ailə tarixən Azərbaycan xalqının milli mentalitetində mühüm yer tutmuş, sosial strukturun ayrılmaz elementi, cəmiyyətin özəyini təşkil etmişdir. Milli-mənəvi dəyərlər məhz ailə müstəvisində qorunub saxlanaraq nəsildən-nəsilə ötürülmüşdür. Müxtəlif mərhələlərdə ailə institutu tarixi inkişafın təsirinə məruz qalsa da, bu sahədə mövcud olan fundamental dəyərlər dəyişməz qalmış və müasir dövrə qədər gəlib çatmışdır.
“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilib