08.06.2023, 08:36 - Baxış sayı: 231

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “Academic writing skills” üzrə kurs proqramını müvəffəqiyyətlə bitirmişlər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları “Academic writing skills” üzrə kurs proqramını müvəffəqiyyətlə bitirmişlərAzərbaycan Milli Elmlər Akademiyasının və Amerika Birləşmiş Ştatları səfirliyinin birgə təşkilatçılığı ilə “Virtual EL Educator” proqramı çərçivəsində Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları 5 aylıq “Academic writing skills” üzrə kurs proqramını müvəffəqiyyətlə bitirmişlər. İnstitutun “Etika” şöbəsinin elmi işçisi f.ü.f.d Samirə Dadaşova, “Dayanıqlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova, “İslam fəlsəfəsi” şöbəsinin elmi işçisi Türkan Məmmədova, “Sosial psixologiya” şöbəsinin elmi işçiləri psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva, Ruhiyyə Məmmədova və “Sosiologiya” şöbəsinin elmi işçisi Humay İsayeva müvəffəqiyyət sertifikatları almışlar.