12.06.2023, 09:34 - Baxış sayı: 159

Dosent Zeynəddin Şabanov ictimai əsaslarla “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz”in sədr müavini vəzifəsinə seçilib


Dosent Zeynəddin Şabanov ictimai əsaslarla “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz”in sədr müavini vəzifəsinə seçilibAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzdində “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz”in ilk iclası keçirilmişdir. İclasda AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov, şöbə müdiri Namiq Hüseynov gender bərabərliyinin qorunması istiqamətində həmkarlar ittifaqlarının vəzifələrindən danışmışlar. İclasda təşkilati məsələyə baxılmışdır. 31 məsul şəxsdən ibarət olan Mərkəzin sədr müavini vəzifəsinə ictimai əsaslarla AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun HT-nın sədr müavini, f.f.d., dos. Zeynəddin Şabanov seçilmişdir. İclasda çıxış edən Z.Şabanov əmək kollektivlərində gender bərabərliyini təbliğ edən xüsusi bukletlərin hazırlanması və paylanmasının, ayrı-ayrı HİRK-də gender bərabərliyi haqqında silsilə maarifləndirici tədbirlərin keçirilməsi və işə tanınmış mütəxəssilərin dəvət olunmasının, BƏT-in müvafiq tövsiyələri barədə yerlərdə hüquqi biliklərin artırılması məqsədilə AHİK-in hüquqşünaslarını cəlb etməklə Dəyirmi masalar təşkil edilməsinin, əmək haqqının ödənilməsində gender ayrı-seçkiliyinin qarşısının alınması üçün təkliflərin verilməsinin, sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların verilməsində gender balansının qorunmasına riayət edilməsinin, iş yerlərində ixtisarlar zamanı gender bərabərliyi məsələlərinə diqqət yetirilməsinin, hər hansı sahədə komissiyaların tərkibi formalaşarkən gender bərabərliyinin nəzərə alınmasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin müvafiq komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri, qadın məsələri və gender üzrə fəaliyyət göstərən QHT-lər ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışmışdır. Geniş müzakirələrdən sonra Mərkəzin iş planı təsdiq üçün icraiyyə Komitəsinə göndərildi.