Hafizə İmanova Naxçıvan Dövlət Televiziyasına “Ekoloji terror” mövzusunda müsahibə vermişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Dayanıqlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova Naxçıvan Dövlət Televiziyasının “Aktual ekran” verilişində “Ekoloji terror” mövzusunda eko ekspert olaraq müsahibə vermişdir. O, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində Arazdəyən kəndində həyata keçirmək istədiyi iri metallurgiya zavodunun inşasının atmosferə, eko sistemə və eyni zamanda əhalinin sağlamlığına və sosial həyat tərzinə verəcəyi fəsadlardan danışıb. Hafizə İmanova müsahibədə Ermənistanın bu layihəni həyata keçirməklə beynəlxalq və regional normalara zidd gedərək bir daha destruktiv siyasət nümayiş etdirdiyini, beynəlxalq təşkilatların “Dayanıqlı inkişaf” hədəfləri istiqamətində apardığı fəaliyyətlərə qarşı əks fəaliyyət göstərdiyini vurğulamışdır.