14.06.2023, 06:21 - Baxış sayı: 270

Gənc alim Günel Məlikli “Heydər Əliyev və müasir Şərq” adlı beynəlxalq konfransda iştirak edib


Gənc alim Günel Məlikli “Heydər Əliyev və müasir Şərq” adlı beynəlxalq konfransda iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq konfransda “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqi üçün irəli sürdüyü Strategiya gənc nəslin gözü önündə Reallığa çevrilib” mövzusunda çıxış etmişdir. G.Məlikli Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirərək, cənab prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə, xalqa olan dərin məhəbbəti nəticəsində Azərbaycan ötən 20 il ərzində böyük inkişaf yolu keçmişdir. Cənab prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçərək yüksək hədəflərə nail olacaq, Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir” - deyə vurğulamışdır.