Aytək Zakirqızı Məmmədovanın “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” adlı kitabı nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabı (Bakı, Elm və təhsil, 2022, 180 səh.) çapdan çıxmışdır.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qarabağ ərazisi gözəlliyi, təbii sərvətləri, strateji əhəmiyyətinə görə bütün dövrlərdə qonşu dövlətlərin hücumlarına düçar olmuşdur. Azərbaycan xalqı daha çox ermənilərin “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ölkəmizə qarşı ərazi iddiaları ilə qarşılaşmış, ermənilərin xəyanətlərinə və vəhşiliklərinə məruz qalmışdır.
1988-ci ildən başlayaraq ermənilərin Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları və hərbi hücumları nəticəsində torpaqlarımızın iyirmi faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı yurdlarından məhrum olmuş, məcburi köçkün həyatı yaşamışlar.
27 sentyabr 2020-ci ildən başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Qarabağı erməni vandallarının işğalından, əsarətindən qurtardı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qarabağ Zəfərinin qazanılmasında iştirak edən Vətən övladları qəhrəmanlıq salnaməsini yazdılar.
Azərbaycan xalqı qəhrəman, döyüşkən igidləri ilə yanaşı yetirdiyi mədəniyyət xadimlərinə, düşüncə sahiblərinə görə də məşhurdur. Ölkəmizin elm və mədəniyyət xadimlərinin irslərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə, xüsusilə, belə bir zamanda Qarabağın mənəviyyat, fəlsəfə və düşüncə tarixini səhifə-səhifə vərəqləmək önəmlidir. Bu baxımdan “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabında Qarabağ ərazisində doğulub böyümüş, elm və mədəniyyət sahəsində töhfələr vermiş yaradıcı insanların fəaliyyətləri işıqlandırılır.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, tarix elmləri doktoru, professor Nərgiz Əliyeva, redaktoru Qabil Camalovdur.