21.06.2023, 11:29 - Baxış sayı: 425

“Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda beynəlxalq seminar keçirildi

“Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda beynəlxalq seminar keçirildiAzərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Türkiyə Atatürk Universiteti, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının “Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda birgə beynəlxalq seminarı keçirildi.
Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış etdi. Professor çıxışında ailənin bir institut kimi müxtəlif cəmiyyətlərdə mühüm yer tutduğunu, lakin tədqiqat obyekti kimi çox mürəkkəb olduğunu, yeni yanaşmaların vacibliyini və ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin əsasını təşkil etdiyini vurğuladı.
İlham Məmmədzadə bildirib ki, həm vətəndaşların ailədə bərabərlik dəyərlərinə dair fikirlərini müqayisə etmək üçün sosial şəbəkələrin təhlilini, həm də ailədə bərabərlik anlayışları üzrə ekspert sorğusunun keçirilməsini özündə əks etdirən gender tədqiqatların metodologiyasına, ailə problemlərinin həllində maarifçiliyə xüsusi rol verildi.
Öz çıxışında Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının nümayəndəsi Emil Əhmədov seminar iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumat verdi.
E.Əhmədov seminarın bütün iştirakçılar üçün faydalı olacağını və ekspertlərin iştirakı ilə səmərəli müzakirələr aparılacağını və bu layihədə iştirak edən təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradacağını bildirdi.
“Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda beynəlxalq seminar keçirildiAtatürk Universitetinin İqtisadiyyat Departamentinin müdiri prof., Kərəm Karabulut “Ailənin gender bərabərliyində təhsilin rolu”, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Aytəkin Hacıyeva “Azərbaycanda mövcüd vəziyyət: problemlər, perspektivlər”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, prof., Bogdana Todorova “Müasir gender tədqiqatlarında ailənin sosioloji problemləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfənin problemləri” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos., Zeynəddin Şabanov “Cəmiyyət gender mədəniyyəti müstəvisində”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, dos., Albena Nakova “Ailədə gender problemlərində dinin rolu”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d, dos., Faiq Ələkbərli “Azərbaycan Türk düşüncəsində ailə fəlsəfəsi: tarix və çağdaşlıq”,, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin siyasi strategiyasında gender siyasəti və milli-mənəvi dəyərlər”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Samirə Dadaşova “Ailədə gender bərabərliyi vasitəsilə ədalətli və inklüziv cəmiyyətin təşviqi”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, f.ü.f.d., dos., Sevinc Həsənova “Gender problemlərinin etik aspektləri”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, f.ü.f.d., dos., Zöhrə Əliyeva “Azərbaycan maarifçiliyi fəlsəfəsində gender bərabərliyi məsələləri” AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” şöbəsinin kiçik elmi işçisi Ceyran Hüseynli “Ənənə və emansipasiya (Azərbaycan qadını nümunəsində)” mövzularında çıxış etdilər.