22.06.2023, 06:12 - Baxış sayı: 184

Zeynəddin Şabanov “Əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşlığın rolu” adlı məruzə ilə çıxış etmişdir


Zeynəddin Şabanov “Əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşlığın rolu” adlı məruzə ilə çıxış etmişdirAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Respublika həmkarlar ittifaqları fəalları üçün keçirilən kurslarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçi, f.f.d., dosent, Zeynəddin Şabanov “Əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşlığın rolu” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi çıxışında sosial tərəfdaşlığın yaranma səbəbləri, modelləri, subyektləri, formaları və əhəmiyyəti haqqında geniş məlumat vermis, respublikamızda sosial əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşlıq orqanlarının fəaliyyətindən danışmışdır. Maraqlı diskussiya şəklində keçən seminarda iştirakçıları maraqlandıran suallara cavablar verilmiş, sonda xatirə şəkilləri çəkilmişdir.