Qubada “Ailə və mədəniyyət problemləri gender bərabərliyi kontekstində” beynəlxalq seminar keçirildi
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə “Ailə və mədəniyyət problemləri gender bərabərliyi kontekstində” keçirilən beynəlxalq seminarın davamı kimi Quba şəhərində keçirildi. Tədbir Heydər Əliyev Mərkəzində Quba şəhəri İcra hakimiyyətinin nümayəndəliyinin iştirakı ilə həyata keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d. İlham Məmmədzadə seminarı açaraq, layihəyə üç ölkə daxil edilərək (Azərbaycan, Türkiyə və Bolqarıstan) UNESCO üzrə Azərbaycan Milli Komissiyasının tarixində birinci subregional layihə olduğunu vurğuladı. Daha sonara professor ailə modellərindən, ailəyə iqtisadiyyat, mənəviyyat və mədəniyyət problemlərinin təsirindən, sosial media və yeni texnologiyaların rolundan, eləcə də bu və digər məsələlərdə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söz açdı.
Seminarda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Atatürk Universitetinin İqtisadiyyat şöbəsinin müdiri prof. Kerem Karabulut (Ailənin gender bərabərliyində təhsilin rolu), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Aytəkin Hacıyeva (Dövlət Qadın Siyasəti və Gender Strategiyası), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, dosent Sevinc Həsənova (Ailədə gender bərabərliyi: ənənələr və müasir trendlər), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Zöhra Əliyeva (Gender bərabərliyi istiqamətində milli və beynəlxalq strategiyalar) və Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, dosent Albena Nakova (Müasir ailə müansibətlərində etnik aspektlər) mövzusunda çıxış etdilər.
Təşkilatçı qurumların məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi seminar iştirakçıların böyük marağına səbəb oldu və müzakirələr gender əsaslı ayrı-seçkiliyin formalarının təhlilindən tutmuş onların qarşısının alınması yollarının tapılmasına qədər bir çox sosial və etik məsələləri əhatə etdi.