Gənc alim, dosent Günel Məlikli Bakı Dövlət Universitetinin tələbələrinə Ulu Öndər Heydər Əliyevin elmdə xüsusi xidmətləri, əvəzsiz rolu haqqında mühazirə demişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, gənc alim, dosent Günel Məlikli Bakı Dövlət Universitetinin tələbələrinə Ulu Öndər Heydər Əliyevin elmdə xüsusi xidmətləri, əvəzsiz rolu haqqında mühazirə demişdir. Gənc alim çıxışında Bakı Dövlət Universitetinin əsas fakültələri - tarix fakültəsi, filologiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün bu humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsna yer tutur. Ulu öndər Heydər Əliyev 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirərək Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. – deyə vurğulamışdır.