07.07.2023, 11:20 - Baxış sayı: 214

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi növbəti beynəlxalq elmi konfransda çıxış etmişdir


Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi növbəti beynəlxalq elmi konfransda çıxış etmişdirBu yaxınlarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsinin elmi işçisi Alidə Zeynalova “Comprehensive personal development in society and its features” adlı mövzu ilə 10th International ZEUGMA CONGRESS ON SCIENTIFIC RESEARCH (Gaziantep, Türkiyə) beynəlxalq elmi konfransda online çıxış etmişdir.
Qədim Gaziantep torpağının mozaik bölgəsi sayılan Zeugmada keçirilən bu beynəlxalq elmi konfransın əsas vəzifəsi gənc alimlərin elmi, texniki, innovativ potensialını stimullaşdırmaq, tədqiqat fəaliyyətində və praktik həyata keçirilməsində ciddi nəticələr əldə etmiş alimlərin layihələrini və elmi inkişaflarını təqdim etmək, peşəkar cəmiyyətin diqqətini elmi fəaliyyət mövzusuna cəlb etmək, habelə müxtəlif elm sahələrində tədqiqat aparan alimlərin inkişafına töhfə verməkdir.
Konfransda çıxışlar maraqlı və qarşılıqlı diskussiya formatında keçmiş və konfrans iştirakçıları beynəlxalq elmi sertifikatlarla təltif olunmuşlar.