Hafizə İmanova Hindistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova 14 sentyabr 2023-cü il tarixində Hindistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) tədbirində iştirak edərək çıxış etmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Mərkəzi Bank, və digər dövlət qurumları və media nümayəndələri iştirak etmişdir. Tədbiri Hindistanın Bakıdakı fövqəladə və səlahiyyətli naziri zati-aliləri cənab Sridharan Madhusudhanan açaraq İTEC proqramının iştirakçılarını təbrik edərək Hindistanın İTEC proqramının dünyanın müxtəlif yerlərindən olan mütəxəssisləri birləşdirdiyini, eyni zamanda elmi mübadilənin və təcrübələrin bölüşüldüyünü qeyd etmişdir. Hafizə İmanova elmi tədqiqatçı kimi Hindistanda keçdiyi təcrübə proqramından bəhs etmiş və belə bir proqramın elmə verəcəyi töhfədən bəhs etmişdir. O, eyni zamanda Hindistanın iqlim dəyişmələri ilə mübarizədə apardığı tədbirlər planını iştirakçılarla bölüşmüşdür.