İnstitut alimləri Şəhid Polkovnik Əkrəm Şadmanovun uca məqama qovuşmasına dair keçirilən mərasimə qatılıblar
Yeni Azərbaycan Partiyası AMEA Fəlsəfə və Sosiologiya İnstitutut üzrə ərazi təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Qarabağ müharibəsi iştirakcısı, fəlsəfə üzrə fəsəfə doktoru, dosent Fikrət Nəbiyev, İnstitutun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov, elmi işçi Telman Quliyev Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı dövlətimizin həyata keçirdiyi lokal antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş polkovnik Əkrəm Şadmanovun uca məqama qovuşmasına dair keçirilən mərasimə qatılıblar. Alimlər Şəhidin atası Yunis Şadmanovla həmsöhbət olublar. Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsinin ideoloji, hərbi və siyasi tərəflərindən danışıblar. Şəhidin döyüş yolunun örnək olmasına və göstərdiyi qəhrəmanlığa görə valideynlərinə və yaxınlarına təşəkkürlərini bildiriblər. Şəhidin atası qazanılan qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin roluna, dünya miqyasında atdığı müdrik addımlara və bu addımların ölkəmizə gətirdiyi uğurlara dair səmimi müzakirələr aparmış, fikirlərini bölüşmüşlər. Yunis Şadmanov Oğlunun Vətənimizin azadlığı və suverenliyi yolunda şəhid olması ilə fəxr etdiyini bildirmişdir.