02.10.2023, 11:28 - Baxış sayı: 266

“Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilib


“Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilib2 oktyabr 2023-cü il tarixində АМЕА Fəlsəfə və Sosiologiya İnstitutunda Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirildi. Konfransda Rusiyadan və Türkiyədən olan alimlər canlı və onlayn olaraq iştirak ediblər. Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə “Fəlsəfə, yaddaş və mədəni irs problemi” mövzusunda çıxış edib. Professor tarixi yaddaşla, tarixlə bağlı olan hər bir şey yalnız tarixçi və siyasətçi deyil, həm də filosoflarda maraq doğurduğunu qeyd edib. “Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilibBəzən unutqan olan tarixi yaddaş problemi müharibələrə, xaoslara gətirib çıxara bilir. Həmçinin, yaddaş tək tarixi yaddaşla bağlı deyil, eyni zamanda həm də yaddaş bioloji məsələdir. Mövzu ilə bağlı çıxış edən akademik Nərgiz Axundova qeyd edib ki, baş verən hadisələri heç bir xalqın yaddaşından silmək olmaz və bu unudulmur. Qarabağda baş verən hadisələr xalqımızın yaddaşında öz izini buraxıb. Bu da nəsildən-nəsilə ötürülür və bu tarixi yaddaş da xalqın gələcək taleyinə təsir edir. Sonra Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, Rusiya Ekoloji Akademiyasının akademiki, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, Beynəlxalq Noosfer Akademiyasının üzvü, Ekoloji Təhsil Problemləri üzrə Avropa Şurasının eksperti professor Nizami Məmmədov “Единство и многообразие тюркской культуры”, Atatürk Universitetinin professoru Kerem Karabulud “Qarabağ: sosial,ekonomik və siyasi dəyərləndirmələr”, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, professor İmanov Heydər ““Noosfer planet” layihəsinin formalaşmasının strategiyası”, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Azərbaycan ictimai fikrində yaddaş problemi və unutqanlığın acı nəticələri”, Smolnıy Universitetinin Elm və Təhsil İnnovasiyaları Kompleksinin elmi direktoru, professor Aleksandr Posadskiy “Şərq İntibahı”, İnkişaf, Səhiyyə və İnsan Adaptasiyası İnstitutunun direktoru, f.e.d. Yevgeni Şelkoplyas “İnkişafın optimumu nəzəriyyəsi”, AMEA-nın müxbir üzvü, f.e.d. Könül Bünyatzadə “Sufi fenomenologiyada yaddaş”, Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., professor Rəna Mirzəzadə “Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilib“Heydər Əliyevin strateji-ideoloji hədəfində Zəngəzur problemi siyasi-tarixi yaddaşda”,Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Füzuli Qurbanov “Qarabağ Azərbaycandır!” şüarı yaddaş hadisəsi kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siy.e.ü.f.d., dos. Günel Məlikli “Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilib“Azərbaycan mədəniyyətinin elmi irs xəzinəsində Qarabağın tarixi”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Faiq Ələkbərli “Fəlsəfə tarixi və milli şüur məsələsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siy.e.ü.f.d. “Fəlsəfə, yaddaş və mədəni irsin qorunması problemləri (Qarabağ nümunəsində)” adlı Beynəlxalq konfrans keçirilibZaur Əliyev “Azərbaycan və Qərbi Azərbaycan: mədəni irs və yaddaş” mövzusunda çıxış ediblər.