Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev irsi: ənənə və müasirlik” adlı elmi konfrans keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev irsi: ənənə və müasirlik” adlı elmi konfrans keçirilib.
Konfransı açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən siyasi təcrübəsi, yüksək intellekti ilə milli mədəniyyətimizin, elmimizin, o cümlədən dilimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı istiqamətində məqsədyönlü iş apardığını, bu siyasəti sovet dövrünün çətinliklərinə baxmayaraq, dönmədən həyata keçirdiyini vurğulamışdır. Ulu öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verən İlham Məmmədzadə, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu və Azərbaycançılıq ideyasının milli ideologiya kimi dünya azərbaycanlılarının həmrəyliyi amilinə çevrilməsi Heydər Əliyevin yorulmaz və milli inkişaf naminə məqsədyönlü siyasətinin nəticəsində mümkün olduğunu vurğulayıb.
Konfransda fəxri qonaq qismində iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxış edərək Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Həmçinin Heydər Əliyevin fəaliyyətində ənənəvi dəyərlər və müasirliyin vəhdətindən danışaraq bu barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik”, fəlsəfə üzrə elmlər doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Ulu öndərlik missiyası” və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun “Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası: güclü dövlətçiliyin avanqardı” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda çıxışçılar Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu və ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışaraq Ulu öndərin adının tarixə əbədi həkk olunduğunu qeyd etdilər.