Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva Beynəlxalq forumda iştirak etmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva UNESCO-nun Yunanıstan nümayəndəliyinin dəvəti ilə 3-8 oktyabr 2023-cü il tarixində Yunanıstanda – Mikonos və Afinada keçirilmiş “Mədəni mübadilələr çərçivəsində dialoq” mövzusunda keçirilmiş Beynəlxalq forumda işdtirak etmişdir. Forumun açılışını edən dosent Z.Əliyeva münaqişələr dövründə sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki, belə münaqişələr və müharibələr şəaritində milli identikliyini qorumaq şərti ilə mədəniyyət xadimləri dünyada sülhün bərqərar olunmasında öz əvəzsiz töhvələrini verirlər.