Fəlsəfə və Sosiologiya İnstitutunun YAP üzvləri qanvermə aksiyasında iştirak ediblər
Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibatı binasında qanvermə aksiyası keçirilib. YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutan aksiyada YAP üzvləri o cümlədən Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları: Nailə Əlicanova, Davud Həşimov, Şahin Bağırov iştirak ediblər. Belə xeyirxah təşəbbüsə qoşulduqları üçün həmkarlarımıza təşkilatımız adından təşəkkür edirik.