“100 il-Atatürk Türkiyəsindən qüdrətli Türkiyə Cümhuriyyətinə” mövzusunda ümuminstitut seminarı keçirildi
Tədbiri AMEA Fəlsəfə və Sosiolgiya Institutunun baş direktoru, professor İlham Məmmədzadə açaraq çıxışında bildirdi ki, bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyini qardaş Türkiyənin və Azərbaycan xalqının qürur hissi ilə qeyd etdiyi gündür. Eyni soykökə, dilə, mədəniyyətə malik Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri tarix boyu davam etdirilərək möhkəmlənəcək və daha böyük zəfərlər qazanılacaq. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə institutun alim və əməkdaşları türk xalqını təbrik edir, azadlıq uğrunda adını tarixə yazmış şəhidlərimizin əziz xatiəsini anır.
Sonra institutun icraçı direktoru, t.e.d., Eynulla Mədətli “Mustafa Kamal Atatürk və Türkiyə Cümhuriyyətinin quruculuq yolu” adlı çıxışında qeyd etdi ki, Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır.Ulu öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan və Türkiyə regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.
Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən Azərbaycanın dövlətçilik tarixində və türk dünyasındakı rolundan bəhs edən natiqlər: f. e. d., professor Əbülhəsən Abbasov, f.e.d Füzuli Qurbanov, f.e.d., professor Adil Əsədov, siy.e.ü.f.d., dos. Günel Məlikli “Azərbaycan Türkiyə Cümhuriyyəti əməkdaşlığı prezident İlham Əliyevin siyasi strategiyası kontekstində”, elmi işçi Xanımağa İsmayılova “Heydər Əliyev və Türkiyə Cümhuriyyəti” mövzularında çıxış edərək Heydər Əliyevin sayəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu bildiriblər.