“Heydər Əliyev ideyalarından Prezident İlham Əliyevin zəfər strategiyasına” mövzusunda dəyirmi masa keçirildi
Noyabrın 2 də AMEA Fəlsəfə və Sosiolgiya Institutunda “Heydər Əliyev ideyalarından Prezident İlham Əliyevin zəfər strategiyasına” mövzusunda Dəyirmi masa keçirildi. Tədbiri İnstitutun baş direktoru, professor İlham Məmmədzadə açaraq çıxışında Heydər Əliyevin tarixi şəxsiyyət olmaqla bərabər, onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyi olduğunu vurğuladı. Ulu Öndərin yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsidir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirib. Heydər Əliyevin xaosdan tərəqqi yoluna çıxardığı Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilib. Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyevin gülüstana çevirdiyi, qurub-yaratdığı Qarabağa Möhtərəm dövlət rəhbərimiz yeni həyat bəxş edəcək, onu yenidən inkişafa, rifaha qovuşduraraq zəfər strategiyasinı uğurla davam etdirəcək- deyə qeyd etdi.
Tədbirdə Azərbaycana gələn Fransada yaşayan həmyerlimiz, beynəlxalq dərəcəli hüquqşünas Zaur Sadıqbəyli və məruzəçilərdən f.e.d., prof. Əbülhəsən Abbasov, “Prezident İlham Əliyevin siyasət və idarəetmə fəlsəfəsi”, f.e.d Füzuli Qurbanov , s.e.ü.f.d., dosent Sənan Həsənov çıxış etmişdir.Sonra Heydər Əliiyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi-nəzəri “Elmi əsərlər” jurnalının və 5 əsas elmi kitabın təqdimatı keçirildi.
Sonda I Qarabağ müharibəsinin iştirakçıları, “Etika” şöbsinin elmi işçisi Qoşqar Bağırov, institut əməkdaşı Azər Mustafayev İnstitut rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olundular.