Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi və kollektivi Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib
v AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi və kollektivi Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: Əziz həmvətənlər! 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, biz böyük qələbə qazandıq! Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb, qazilərimizə sağlam və firəvan həyat arzulayırıq.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!