13.11.2023, 06:47 - Baxış sayı: 351

Günel Məlikli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunmuş tədbirdə çıxış edib


Günel Məlikli Azərbaycan Respublikası Müdafiə Nazirliyi  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunmuş tədbirdə çıxış edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş tədbirdə “ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN PREZİDENTLİYİNİN 20 İLİNİN UĞUR SALNAMƏSİ” mövzusunda çıxış edib.
Alim çıxışında Cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarət idi. Bu Yeni Azərbaycan Partiyası kimi monolit siyasi gücə, yüksək intellektə, kifayət qədər sanballı iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənir. Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yenə də vaxtı və məqamı böyük məharətlə seçdi, "ağıllandırma tədbirləri"ni görünməmiş sürətlə apararaq Ermənistanın Ağdərədəki gizli hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək ağ bayraq qaldırmağa vadar etdi! Möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan ərazisindəki erməni silahlılarının tərk-silah olunaraq torpaqlarımızdan təmizlənməsinə son nöqtəni qoymuş oldu.- deyə vurğulamışdır.