Azərbaycanlı alim Lahor Dövlət Kollec Universitetində tələbələrə ölkəmiz haqqında məlumat verib
AMEA ilə imzalanmış anlaşma memorandumu çərçivəsində Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Araşdırma Mərkəzi yaradılıb. Əldə olunmuş razılığa əsasən ildə iki dəfə dəvətli professor və araşdırmaçılar qardaş ölkədə elmi ezamiyyətdə olacaqlar. Memorandum çərçivəsində Lahor Dövlət Kollec Universitetinə dəvət alan ilk azərbaycanlı alim Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırma Mərkəzində keçirilən ilk seminarda tələbələrə ölkəmiz haqqında məlumat verib, azərbaycançılıq və Azərbaycan düşüncə tarixinə dair məruzəsini təqdim edib. O, Azərbaycanın hələ qədim dövrlərdən həm coğrafi məkanına, həm də görkəmli ziyalılarına görə Şərq və Qərb arasında əhəmiyyətli mövqe tutduğunu, öz alimləri ilə İslam mədəni bölgəsinin elminə, mədəniyyətinə töhfələr verdiyini bildirib. Alim vurğulayıb ki, ayrı-ayrı dövrlərdə Azərbaycan ziyalıları, şairləri, filosofları ərəb və fars dillərində yazıb-yaratsalar da, onların yaradıcılığında milli və bəşəri ideyalar daim qorunub saxlanılıb və məhz bu cəhət onları dünya düşüncə tarixində orijinal xətt müəllifi kimi tanıdıb. Bu baxımdan həmin şair və filosoflar yazdıqları dilə görə deyil, ehtiva etdikləri ideyaya və mənsub olduqları millətə görə dəyərləndirilməlidir. Buna bariz nümunə kimi Nizami Gəncəvini göstərən Könül Bünyadzadə qeyd edib ki, Pakistanın görkəmli ideoloqu və mənəvi atası Əllamə
Məhəmməd İqbalın yaradıcılığının da çoxu farsca, əhəmiyyətli əsərləri ingiliscədir, lakin o, urdu xalqının və öz dövlətinin şəxsiyyəti kimi tanınır. Eləcə də Nizami Gəncəvi və onun kimi digər şair və mütəfəkkirlər Azərbaycan xalqının dəyəri olaraq qalacaqlar.
Məruzənin sonunda alim tələbələrin suallarını cavablandırıb.
Görüşdə Könül Bünyadzadə, həmçinin Azərbaycanın Zəfər Gününün müasir tariximizdəki əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarımızı erməni işğalından azad etdiyini bildirib. Alim Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməklə təkcə ərazi bütövlüyünü deyil, tarixi ədaləti də bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdiyini vurğulayıb.
Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırma Mərkəzinə çoxlu sayda Azərbaycan dilində Azərbaycan tarixinə və ədəbiyyatına aid kitablar hədiyyə edib. O, yeni açılmış, lakin böyük gələcəyi və məqsədləri olan bu Mərkəzdə Azərbaycan dilində kitabxananın yaradılmasının və bu dildə araşdırma aparacaq pakistanlı tələbələrin yetişməsinin önəmini qeyd edib.
azertag.az