Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin iclası keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun yeni fəaliyyətə başlamış Elektron Xidmətlər şöbəsinin iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Elektron Xidmətlər şöbəsinin şöbə müdiri Alidə Zeynalova iclas iştirakçılarını salamlamış və cari məsələlər haqqında ətraflı məlumat vermişdir. İclasda institut nəzdində fəaliyyət göstərən şöbələrin sənədlərinin rəqəmsallaşdırılması,alimlərin elmi tədqiqat işlərinin Web Of Science,Scopus,TUBITAK və s. bazalarda yerləşdirilməsi, həmçinin onların elmi fəaliyyətinin qiymətləndirilməsində H indeksinin əhəmiyyəti və keyfiyyətinin artırılması, habelə arxiv sənədlərinin elektron bazasının yaradılması ilə bağlı fikirlər müzakirə edilmişdir. İclasda iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları S.Həsənova,Ş. Qasımova, L.Müzəffərli, S.Məmmədova, N.Əliəskərova, T.Tahirzadə və başqaları da qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı fikirlərini bölüşmüş,geniş müzakirələr aparmışlar.
Sonda Elektron Xidmətlər şöbəsinin şöbə müdiri A.Zeynalova AMEA Rəyasət Heyətinin Elektron Akademiya şöbəsinin təlimatı və göstərişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat və onlarda iştirak barədə iclas iştirakçılarını məlumatlandırıb.