AMEA-da “Elm və gender mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib
Noyabrın 24-də AMEA-nın Əsas binasında AMEA Qadınlar Şurası və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Elm və gender mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın və Elm və Təhsil Nazirliyinin institut və təşkilatlarının qadınlar şuralarının sədrləri, eləcə də elmi müəssisələrin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyev və oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunması, eləcə də Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ölkəmizin bütün müəssisələrində Ulu Öndər Heydər Əliyevin və görkəmli elm xadimi Zərifə Əliyevanın yubileylərinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Bu istiqamətdə AMEA-da həyata keçirilən tədbirlərdən bəhs edən vitse-prezident Akademiyanın Ümumi yığıncağının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Xüsusi iclasının keçirildiyini, eləcə də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin təşkil edildiyini xatırladıb.
Zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışan akademik İradə Hüseynova bildirib ki, görkəmli alimin oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi nailiyyətlər və bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva ölkəmizdə milli oftalmologiyanın əsasını qoyub, göz xəstəlikləri ilə bağlı bir çox yeni elmi ideyaların müəllifi kimi bütün dünyada tanınıb. Oftalmologiya sahəsində elmi məktəb yaratmış görkəmli alimin birbaşa rəhbərliyi ilə gənc mütəxəssislər və həkim-oftalmoloqlar nəsli yetişib.
Vitse-prezident qeyd edib ki, akademik Zərifə Əliyeva tərəfindən aparılmış, effektivliyi əsaslı tədqiqatlarla həm nəzəri, həm də praktiki şəkildə sübut olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində mühüm rol oynayıb. Görkəmli alimin bu istiqamətdə elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı olub və oftalmologiya elmi qarşısında əvəzsiz xidmət hesab olunub.
Akademik İradə Hüseynova 1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutunda məhz Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə olduqca əhəmiyyətli tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, alimin apardığı elmi tədqiqatlar, onun ictimai fəallığı, pedaqoji istedadı dünya elmi ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilib və Zərifə xanım çoxsaylı mükafatlara layiq görülüb.
O, müasir dövrdə beynəlxalq çağırışlara adekvat cavab verilməsi, qlobal problemlərin dərinləşməsinə qarşı bəşəriyyətin mübarizə aparması kimi əhəmiyyətli məsələlərdə qadınların rolunun artırılmasının əhəmiyyətinə toxunub. Akademik İradə Hüseynova hazırda dünyada stabil inkişafla bağlı çağırışlarda elmdə qadınların iştirakının təmin olunmasının vacibliyinə diqqət ayrıldığını söyləyərək, bu prosesdə Azərbaycan qadınlarının yaxından fəaliyyət göstərdiyini qeyd edib. Alim Şərqdə qadınlara seçmək və seçilmək hüquqlarının da ilk dəfə olaraq Azərbaycanda verildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti qadınlara təhsil və digər hüquqların verilməsi, onların elm, təhsil və mədəniyyətdə geniş şəkildə təmsil olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib, Zərifə xanım Əliyevanın bu istiqamətdə tədbirlərin görülməsində Ümummilli Liderə daim dəstək olduğunu vurğulayıb. Həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova qeyd edib ki, ölkə Prezidenti çıxışlarında Azərbaycanın bugünkü simasının formalaşmasında qadınların əvəzsiz rolu olduğunu vurğulayıb. O, qadın alim və tədqiqatçılarımızın AMEA-nın həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək bildirib ki, 1991-ci ildə qadın fəlsəfə doktorlarının sayı 2339, elmlər doktorlarının sayı 120 nəfər təşkil edirdisə, bu gün bu rəqəm qadın fəlsəfə doktorları üzrə 5325, elmlər doktorları üzrə 515 nəfər təşkil edir. Alimin sözlərinə görə, son illərdə sevindirici məqamlardan biri də qadınlarımızın fizika, kimya, biologiya kimi dəqiq elmlərə üstünlük verməsi ilə bağlıdır.
Vitse-prezident Azərbaycanın ən yeni tarixinin yazılmasında qadınlarımızın rolundan danışaraq İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərdiyini vurğulayıb.
O, çıxışının sonunda ömrünü elmlə, təhsilə bağlamış qadınlara həsr olunan bugünkü görüşün əhəmiyyətini qeyd edib, tədbirin işinə uğurlar arzu edib.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva ölkəmizdə qadınların rolunun artırılmasına, onların inkişafına və hüquqlarının qorunmasına hər zaman böyük diqqət göstərildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsinə xüsusi önəm verdiyini xatırladan alim dahi liderin siyasi hakimiyyətə gəlişi ilə qadınların hər sahədə, o cümlədən akademiyanın ictimai və mədəni həyatında fəal təmsil olunduqlarını diqqətə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə başçısının dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdiyini vurğulayıb. O, Azərbaycanın qadınların kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunması məsələlərinə dair dövlət səviyyəsində qərarların qəbul olunduğu dövlətlərdən biri olduğunu bildirib.
Vitse-prezident Ümummilli Lider Heydər Əliyevin sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş ana, sadə vətəndaş olduğunu qeyd edib, onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, müdriklik məktəbi olduğunu bildirib. Vurğulayıb ki, Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirirdi, onları təcəssüm etdirirdi. Alimin simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana, milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin obrazı görünür.
Tədbirdə çıxış edən AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.
O, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb, Ulu Öndərin qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi irəli sürdüyünü diqqətə çatdırıb.
Rəna Mirzəzadə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı problemlərdən olan qadın problemləri, gender məsələləri ilə bağlı ictimai rəy formalaşdırmaq, təklif və tövsiyələr verməyi əsas məqsədi hesab edən Qadınlar Şurasının ictimai sahə ilə yanaşı, gənc kadrlara dəstək istiqamətində də iki ildən çoxdur ki, uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
İlk dəfə olaraq 1998-ci ildə AMEA-da "Gender tədqiqatı" qrupunun yaradıldığını deyən Şura sədri gender problemləri ilə bağlı ilk konfransın da məhz Akademiyada təşkil olunduğunu diqqətə çatdırıb.
Tədbirdə İctimai elmlər üzrə Problem şurasının sədri, akademik Nərgiz Axundova “Azərbaycan tarixində görkəmli qadınlar”, Fizika İnstitutunun Qadınlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Heydər Əliyev və Azərbaycan elmi”, Qadınlar Şurası İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva “Heydər Əliyev və Zərifə Əliyeva şəxsiyyətləri xatirələrdə”, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili “Elmdə alim qadın yaddaşı” adlı məruzələrlə çıxış ediblər.
Həmçinin AMEA-nın vitse-prezidentləri xidmətinin elmi katibi, AMEA Rəyasət Heyətinin Qadınlar Şurasının sədri, b.e.d. Tubuxanım Qasımzadənin “Akademik Zərifə Əliyeva: zərif varlıq elmin inkişafında güclü qüvvədir”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayevin “Elm, təhsil və innovasiya gənc qızlar üçün gələcəyə açılan geniş qapılardır”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Taliyə Orucovanın “Heydər Əliyev və biologiya elminin müasir istiqamətlərinin inkişafı” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlunun “Ulu Öndər Heydər Əliyev obrazı Azərbaycan poeziyasında” mövzusunda çıxışlarda dinlənilib.
Çıxışlarda Azərbaycanda idarəetmədə qadınların önə çəkilməsi və gender siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafında yorulmaz fəaliyyəti, Prezident İlham Əliyevin gender siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətdə qadınların rolunun güclənməsi istiqamətindəki xidmətlərindən bəhs olunub.
"Science.gov.az"