Dosent Zeynəddin Şabanov “Qədim Şərq mənbələrində idarəetmə ideyaları” mövzusunda məruzə etmişdir
AMEA Şərqşünaslıq İnstitutunda akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş “Qədim və müasir şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda Beynəlxalq elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi f.f.d., dos. Zeynəddin Şabanov məruzə ilə çıxış etmişdir. “Qədim Şərq mənbələrində idarəetmə ideyaları” adlı məruzəsində natiq qədim Misir, Babilistan, Çin, hind mənbələrində, mədəni abidələrində və mütəfəkkirlərin əsərlərində sosial-siyasi fikirlər, cəmiyyətin idarə olunması, təbəqələşmə, qanunlara riayət, ədalətli məhkəmə, sülh və müharibə haqqındakı ideyalar barəsində məlumat vermiş, onların günümüzlə əlaqəsini göstərmişdir. Maraqlı müzakirələrdən sonra çıxış edənlərə sertifikatlar verilmiş, xatirə şəkilləri çəkilmişdir.