19.01.2024, 10:20 - Baxış sayı: 443

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib


20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

Yanvarın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər, konfranslar keçirilir: "20 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibYanvar xalqımızın milli oyanış və azadlıq hərəkatının yeni mərhələsidir. Biz keçmişi unutmadan tarixə yenidən baxış sərgiləməklə yanaşı, həm də güclü Azərbaycan prizmasından baxmalıyıq. Çünki ölkəmiz keçmiş postsovet respublikaları içərisində ən inkişaf etmiş və öz müstəqil siyasi dəsti-xətti olan güclü bir dövlətdir.”
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu faciə xalqımızın əzmkarlığını, mütəşəkkilliyini, mətanətin, vətənpərvərliyini göstərən və yaşadan zəfər salnaməsidir.
20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu deyən İlham Məmmədzadə bildirib ki, bizlər bu günü ən çox hüzn günü kimi yox, bir qəhrəmanlıq, yadellilərə qarşı xalq dirənişinin nümunəsi kimi dəyərləndirməliyik.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibSonra Fəlsəfə və Sosiologiya İnstitutunun tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək qeyd etdi ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin səyləri nəticəsində 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara faciənin əsl mahiyyəti çatdırıldı. Bu yolda canlarından keçən Şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibSonda f.ü.f.d. Hüseyn İbrahimov, f.e.d., professor Rəfail Əhmədov f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d., Radif Mustafayev, f.e.d., professor Rəfiqə Əzimova, f.ü.f.d., dosent Fikrət Nəbiyev, f.ü.f.d., dos. İradə Zərqanayeva və digər çıxışçılar 20 Yanvar hadisəsi ilə bağlı çıxış ediblər.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib