“Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasının fəlsəfi, ictimai-siyasi mahiyyəti” mövzusunda elmi konfrans keçirildi
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasının fəlsəfi, ictimai-siyasi mahiyyəti” mövzusunda elmi konfrans keçirildi.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Müstəqillik idealının gerçəkləşdirilməsinə həsr edilən ömür yolu” adlı məruzə ilə çıxış etdi. Eynulla Mədətli öz məruzəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək müvafiq tədbirlərin həyata keçirildiyini bildirərək vurğuladı ki, Azərbaycan Milli Hərəkatının lideri, Xalq Cümhuriyyətinin aparıcı qurucularından olan M.Ə.Rəsuzladə görkəmli, ictimai-siyasi xadim kimi xalqımızın tarixi yaddaşında silinməz iz buraxmış şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyevin Sərəncamında qeyd olunduğu kimi Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
M.Ə.Rəsulzadə ömrünün 50 ilindən artıq böyük hissəsini Azərbaycan naminə siyasi mübarizəyə və siyasi yazıçılığa həsr etmişdir - deyən Eynulla Mədətli bildirib ki, maddi və mənəvi çətinliklər, ziddiyyətlər, çəkişmələr onu mübarizə yolundan döndərə bilmədi və bu ağır, çətin dövr ərzində onun ictimai-siyasi əzmi və iradəsi zəifləmədi, əksinə zaman keçdikcə daha da gücləndi. İctimai siyasi-ideyalar ədəbi və siyasi liderlerin fəaliyyəti və yaradıcılığının məhsuludur. M.Ə.Rəsulzadə və digərləri şübhəsiz ki, ictimai-siyasi həyata böyük töhfələr vermiş insanlar idilər. Ümumiyyətlə desək, hər iki sahənin siyasət və yazıçılıq fəaliyyətini özündə enyi dərəcədə böyük məharətlə birləşdirə bilmişdi.
Qeyd olundu ki, 23 aylıq Azərbaycan Demokratik Cümhuriyyəti bir çox problemlər yaşasa da, lakin milli ruhun yüksəlişi, milli siyasət, Azərbaycanın ideyalarının möhkəmlənməsi baxımından tariximizin şanlı səhifəsi hesab olunur.
Hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxışında M.Ə.Rəsulzadənin ictimai, siyasi, ədəbi həyatına və onun Cümhuriyyət quruculuğu yolunda fəaliyyətinə nəzər saldı.
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov “M.Ə.Rəsulzadə irsinə yaradıcı münasibət: millətləşmə prosesində və dövlətçiliyin inkişafında Azərbaycançılığın bir ideya – prinsip kimi əhəmiyyəti”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Ulu öndər Heydər Əliyevin Rəsulzadə irsinə münasibəti və varislik məsələsi”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “M.Ə.Rəsulzadə və “Azərbaycan” ideyası”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rəşad Əsgərov “M.Ə.Rəsulzadənin tədqiqatlarında İran mövzusu”, elmi işçi Vüsalə Gülmalıyeva “M.Ə.Rəsulzadənin mühacirət həyatı və Azərbaycan istiqlalı uğrunda mübarizəsi” mövzusunda məruzə etdilər.
Məruzələrdən sonra f.e.d., professor Əli Abasov, f.e.d., professor Adil Əsədov, f.e.d., professor Rəfail Əhmədli və digər çıxışçılar mövzu ilə bağlı çıxış edərək fikir və mülahizələrini bölüşüblər.
Sonda E.Mədətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının M.Ə.Rəsulzadə irsinin dərindən və əhatəli şəkildə tədqiqinə yol açacağını qeyd edərək bu sahədə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi əməkdaşlarının üzərinə düşən vəzifələri də diqqətə çatdırıb.