“İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 30 yanvar tarixində şöbənin doktorantı Nəsibova Mehin Mehman qızının “Kiberbullinq” mövzusunda seminar müzakirəsi keçirilmişdir.Seminarı f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq sözü məruzəçi Mehin Nəsibovaya vermişdir. Gənc doktorant çıxışında kiberbullinqin yaranma tarixi, növləri, onunla mübarizə metodları və kiberbullinqin “qurbanları” olan gənc nəsil, xüsusilə də yeniyetmələr üzərində güclü psixoloji təsiri, dünya təcrübəsindən nümunələr, eləcə də kiberbullinqin bullinqdən fərqli cəhətləri və s. haqqında maraqlı məlumatlar verib. Seminarda Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova, baş elmi işçi, f.e.d. Səadət Məmmədova, aparıcı elmi işçi, f.ü.f.d. Firuzə Əliyeva, aparıcı elmi işçi, f.ü.f.d. Səbirə İskəndərova, böyük elmi işçi, f.ü.f.d. Xanım Mustafayeva, elmi işçi Humay Eminova, elmi işçi Yeganə Bağırova, elmi işçilər İlhamə Hüseynova, Kamran Məmmədov, Elxan Quliyev , şöbə laborantları Şəms Qasımova və Leyla Müzəffərli iştirak etmiş, öz təkliflərini irəli sürərək qarşılıqlı diskusiya formatında seminarı davam etdirmişlər.