“Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi” adlı konfrans keçirildi
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “2 Fevral Gənclər günü”nə həsr olunmuş “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi” mövzusunda konfrans keçirildi.
Öncə Dövlət himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri moderatorlar AMEA Azad Həmkarlar İttifaqının sədri f.ü.f.d, dosent Sənan Həsənov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli açaraq çıxış üçün söz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verildi. İlham Məmmədzadə öncə Gənclər Günü münasibəti ilə gəncləri təbrik etdi. Gəncliyin cəmiyyətdə aparıcı qüvvə olmasından, ölkə rəhbərliyinin gənclərə olan etimadından, onlara yaradılan şəraitdən danışdı.
Gənc alimlərin keçirilən tədbirlərdə, institut tərəfindən nəşr olunan kiatblarda, həmçinin yerli və beynəlxalq elmi jurnallarda məqalələrlə aktiv çıxış etdiklərini diqqətə çatdırdı.
İlham Məmmədzadə həmçinin qeyd etdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı gənc alimlərimiz bu yöndə nə kimi fayda verə bilər? Düşünürəm ki, onlar öz çalışmalarını bu istiqamətdə qurmalıdırlar. Bu da eyni zamanda tarixi yaddaşın üzərində durmaqla gələcəyə istiqamətlənmiş fəaliyyət olmalıdır.
Tədbirdə f.ü.f.d, dosent Məhəmməd Cəbrayılov “Ekoloji şüurun inkişafında Yaşıl hərəkatların rolu və proqnostik yanaşmalar”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin siyasi strategiyasında Gənclər siyasəti”, İnstitutun doktorantları Rəvan Əliyev “Təmiz ətraf mühit, milli prioritetinin reallaşmasında texnoloji innovasiya və gənclərin ictimai iştirakçılığı”, Tamerlan Hacıyev “Süni intellektin Azərbaycanda ekoloji şüurun inkişafına inteqrasiyası: etnik və hüquqi aspektləri”, Zümrüd Hüseynova “Ekoloji həmrəyliyin əsas aktyoru kimi Azərbaycan gəncliyi”, Sənan Rəsulov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulmuş layihələr və onların ətraf mühafizəsində rolu”, Ayxan Musayev “Süni intellekt: Ekoloji problemlərin həllində rolu”', Azərbaycan İlahiyyat İnstitutunun "Dinşünaslıq" kafedrasını müdiri, dosent Anar Qafarov "Sağlam ekologiya insan sağlamlığının amili kimi: varlıq fəlsəfəsi və etik müstəvidə təhlil", Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin elmi işçisi Yasmina Məlikova “Estetik qavrayışda təbiət fəlsəfəsi” mövzularında çıxış ediblər.
Natiqlər vurğuladılar ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı sabaha çıxarıb. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Çıxış edən gənc tədqiqatçılar həmçinin dünyanı narahat edən ekoloji problemlər, onların mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açaraq, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədiylə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdılar. Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələr sırasında olduğunu, 2024-cü ildə bu sahədə gənc nəsil olaraq fəaliyyətimizi genişləndirməyə və ətraf mühitin qorunması istiqamətində xeyli dərəcədə intensivləşdirməyə çağırdılar.
Tədbirin sonunda Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən Müharibəsi veteranı, ehtiyatda olan baş leytenant, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Tarix və Etnologiya İnstitutunun əməkdaşı, Vətən Müharibəsi iştirakçısı, qazi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov mövzu ilə bağlı çıxış edərək gənc alimləri Gənclər Günü münasibəti ilə təbrik etdilər.
Sonda AMEA rəhbərliyinin gənclərə göstərdiyi qayğı, gənc alimlərin həvəsləndirməsi tədbirləri ilə əldə olunan nəticələrin əhəmiyyəti şərh edildi. Bu istiqamətdə gənc alimlərə diqqətin artırılmasının zəruri vəzifə kimi qarşıya qoyulduğu önə çəkildi. Bu münasibətlə Azad Həmkarlar İttifaqı tərəfindən Akademiyanın bir qrup Gənc Alim və Mütəxəssislər Şurasının sədr və üzvləri – Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə, Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Nəzrin Əliyeva, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi İlahə Nəhmətova və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva Fəxri Fərmanla təltif edildilər.