02.02.2024, 06:03 - Baxış sayı: 152

Eynulla Mədətli Beynəlxalq Elmi Konfransda iştirak etmişdir


Eynulla Mədətli Beynəlxalq Elmi Konfransda iştirak etmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli 30-31 yanvar 2024-cü il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilmiş Beynəlxalq Elmi Konfransda iştirak etmişdir.
Onun “Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi “Yeni Kafkasya” jurnalında İran və Cənubi Azərbaycan məsələləri” mövzusunda məruzəsi maraqla dinlənilmişdir.