AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “ Prezident İlham Əliyevin gənclərə etimadı və inamı” mövzusunda seminar keçirilib
Seminarda şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycanda gənclər siyasəti inamın, güvəncin siyasəti olduğunu qeyd edib: "2 fevral Gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq çağırışçıların, bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür. Ali Baş Komandan İlham Əliyevin 20 illik hakimiyyət yolu böyük çətinliklərin aradan qaldırılması ilə yadda qalıb. Çörçil deyirdi ki, "uğur son deyil, əsas olan davam etmək cəsarətidir." Ali Baş Komandan İlham Əliyev strategiyasının bir uğuru da onun davamlılığında və cəsarətindədir. –deyə Günel Məlikli vurğulayıb.
Daha sonra şöbənin kiçik elmi işçisi Xalidə Xəlilova mövzusu ilə bağlı seminarda çıxış edib və müzakirələr aparılıb.
Daha sonra şöbənin kiçik elmi işçisi Xalidə Xəlilova mövzusu ilə bağlı seminarda çıxış edib və müzakirələr aparılıb.