Postmüharibə mərhələsində hibrid təhdidlər - II MƏQALƏ
Siz siyasətlə məşğul olmaya bilərsiniz, ancaq siyasət hər zaman sizinlə məşğuldur.
Şarl Montalamber
Azərbaycanın düşmənlərinin “hibrid birliyi”
Bəli, bir sıra qlobal dairələr və regional güclər hesab edirlər ki, Cənubi Qafqazı indiki mərhələdə “boz zona”ya çevirən Azərbaycanın əraz bütövlüyünü təmin etməsi və suverenliyinə tam nail olmasıdır. Sağlam, hətta normal, qərəzsiz siyasi düşüncə və BMT Nizamnaməsinin təməl müddəaları baxımından nonses olan bu durum, təəssüf ki, sükutla regiona yayılır. Və xeyli paradoksal görünən bir mənzərə yaranır.
Dünyanın bütün regionlarında bir-biri ilə savaş aparan iki güclü geosiyasi qüvvə – Qərb və İran Azərbaycan məsələsinin bir sıra aspektlərində sanki ortaq mövqedə olmaq təsiri bağışlayırlar. Onların hər ikisini birləşdirən məqam türk dövlətçiliyi və mədəni, mənəvi-əxlaqi, siyasi kimliyinin layiq olduğu tarixi mövqeyi tutmamaq niyyətləridir. Bu istiqamətdə onların hər birinin öz təsiretmə üsulları və tərzləri vardır, lakin elə bir ümumi sahə vardır ki, hər ikisini hibrid güc kimi birləşdirir.
Əsas məqsədləri daha konkret səviyyədə Azərbaycanı daxildən siyasi, ideoloji, mənəvi-əxlaqi və mədəni baxımdan parçalamaqla güclü dövlət və güclü cəmiyyət quruculuğunu, müstəqil siyasət kursunu sarsıtmaqdan ibarətdir.
Bunların fonunda Rusiyanın hibrid təsiri bir qədər fərqlidir. Moskva başlıca olaraq “rus dünyası” yaratmaq kimi “yumşaq” məqsəd çərçivəsində əsas təsirini dildə, mədəniyyətdə və təhsildə saxlamağa çalışır.
Bu üç istiqamətin ümumi təsir sahəsi belə görünür: din, dil, mədəniyyət, hakimiyyətn legitimliyi, dövlətçiliyin inkişafı və toplumun bütövlüyü! Bu istiqamətlərdə hibrid təsirlər iki səviyyədə həyata keçirilməyə cəhd göstərilir.
Birincisi, kənardan siyasi, diplomatik, hüquqi, iqtisadi, ideoloji və kiber təsirlər üsuludur. Məsələn, okeanın o tayında ABŞ Konqresi və ya Qoca Qitədə AŞPA Azərbaycan haqqında hansısa qərəzli sənəd qəbul edir. Bunun kölgəsində rəsmi Bakıya “dünya demokratiyası”, “insan haqları”, “liberal dəyərlərin qorunması” və sair nağılların vasitəsilə təsir edərək Azərbaycanın dövlət kimi real obrazını mənfiyə dəyişməyə can atırlar. Onu vurğulayaq ki, bu istiqamətdə, hətta, Azərbaycana strateji tərəfdaş sayılan ölkələr də dolayısı ilə yardım edirlər. Bu xüsusda biz, Azərbaycandan dəfələrlə dəstək görmüş qonşu Gürcüstan hakimiyyətinin son zamanlar atdığı bir sıra addımları anlamaqda çətinlik çəkirik. Bununla da Tbilisi strateji tərəfdaş saydığı Azərbaycana qarşı hibrid savaşın bir fraqmentinə çevrilir.
İkincisi, Azərbaycanın daxilində illərlə formalaşdırdıqları xüsusi “sosial, siyasi, hüquqi hücrələr” (və ya “5-ci kolon”) vasitəsilə Azərbaycan cəmiyyətinin, təbii ki, “demokratik və vətənpərvər kəsimi”nin də onlarla eyni mövqedə olduğu görüntüsünü yaradırlar. Bununla ümumi səviyyədə cəmiyyətin hiber müharibənin hədəfi olan başqa ölkələrdə olduğu kimi, süni surətdə və öz maraqlarına uyğun formada “demokratik və antidemokratik” düşərgəyə bölünmüş obrazını yaratmağa başlayırlar. Bunu müxtəlif KİV-lər vasitəsilə (əsasən Qərbdə və eyni zamanda, bizə dost olmaq istəməyən dövlətlərdə) həyata keçirməyə çalışırlar.
Bununla da, düşüncələrinə görə, hibridlik üçün başlıca şərt olan əsl məqsədi maskalamaqla söhbətin demokratiya uğrunda mübarizədən getdiyi görüntüsü yaradırlar. Yerlərdəki hücrələr və ya “5-ci kolon” da bu düşmən mövqeyindən üzvü olduğu cəmiyyətə və vətəndaşı olduğu dövlətə qarşı “atəş açırlar”.
Hibersavaşın Azərbaycanda ümumi mənzərəsi
Vurğulanan bu məqəmların işığında postmüharibə mərhələsində Azərbaycana qarşı aparılan hiber müharibənin ümumi mənzərəsini belə təsəvvür etmək olar: Bakının Ankara ilə birgə əldə etdiyi geosiyasi, hərbi, dövlət quruculuğu və əməkdaşlıq sahəsində uğurların nəticələrini məhv etmək üçün kənar dağıdıcı təsirlərlə daxili satqınçı təsirlərin sintezində “yumşaq siyasətlə” məhv etmək!
Və burada həmin dağıdıcı fəaliyyətin özü də iki istiqamətə ayrılır:
Birinci istiqamət Azərbaycan-Türkiyə birliyini yanlış təqdim etmək əsasında bütövlükdə türk xalqlarının dövlət səviyyəsində real əməkdaşlığını neytrallaşdırmaqdan ibarətdir (təbii ki, eyni mövqe Azərbaycanın Macarıstan və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinə qarşı da sərgilənr).
İkinci istiqamət Azərbaycanın daxilində ictimai rəydə mahiyyəti anti-Azərbacan və xüsusi olaraq da antitürk mahiyyətli informasiya-təbliğati və təşviqati elementlərin miqyasını və təsir gücünü artırmaqla bağlıdır.
Özlüyündə bu iki istiqaməti hibrid formada özündə ehtiva edən konkret fəaliyyət həyata keçirilir. Məsələn, bir sıra vətənpərvər və azərbaycançı fəal insanları qorxutmağa çalışırlar (hətta, terror da ola bilər), təsirləri olan bir sıra KİV orqanında informasiyaları elə verirlər ki, Azərbaycan üçün lazım olan mövqe tamamilə əks məzmunda yer alır. Bu, mürəkkəb mexanizmdir, lakin verilən informasiyanın məzmunu və ideoloji hədəfləri kontekstində asanlıqla deşifrə oluna bilirlər.
Nümunə kimi, Türkiyə ilə əlaqəli informasiyanın başlığını şübhə yaradan, anti-Azərbaycan yönlü olduğu eyhamı və ya rəsmi Ankaranın qərəzli mövqedə olduğu işarəsini verən aspektdə qoyulmasını göstərə bilərik. Bunun yanında, məsələn, Rusiya, ABŞ və hətta İranın daha “yumşaq”, Azərbaycana “xeyirxah” və “dost” münasibətdə olduğuna eyham vuran başqa informasiyanı yerləşdirirlər. Bir az düşüncəli oxucu bu iki yanaşmanı müaqayisə edəndə belə nəticə çıxara bilər: əşi, türklər gəldilər müharibədə bizə yardım etdilər, lakin dövlət kimi qərəzlidirlər, tarixdə də bunun nümunələri vardır. Bu sonuncunu da “həqiqət” kimi göstərmək üçün bir başqa yerdə və başqa KİV orqanında xüsusi seçilmiş faktı tarixi kontekstdən çıxararaq və düşmən interpretasiyasının məntiqi çərçivəsində tədqim edirlər.
Bu sırada keçən əsrin ilk onilliklərində Osmanlının bir sıra addımlarını anti-Azərbaycan ruhda tədqim etmələri və hətta Böyük Atatürkün Azərbaycanı ruslara “satdığı” nağılını “çeynəmələri” daha çox yer tutur. Lakin burada özləri də bilmədən məntiqi ziddiyyətə düşürlər. Doğrudan da, əgər Osmanlı Azərbaycanı Rusiyaya satıbsa, onda “5-ci kolon” bunu alqışlamalı və təqdir etməlidir, çünki onlar hesab edirlər ki, ağıllı və layiqli addımları ya Qərb ata bilər, ya da Rusiya. Buna görə də bu satqın zümrə Atatürkü bu “davranışı”na görə tərifləməlidir. Xeyr, elə etmirlər: çünki baxılan kontekstdə onları tarixi həqiqət deyil, “post-həqiqət” maraqlandırır. Konkret olaraq, hədəf Azərbaycanla Türkiyənin arasına nifaq salmaqdır və bunun kölgəsində onlar məntiqlərini belə itirirlər.
Deməli, həmin mərhələdə “5-ci kolon” dostları Rusiyanı, faktiki olaraq, Azərbaycanın düşməni obrazında təqdim edirlər. Lakin vəziyyət başqa situasiyada kardinal surətdə dəyişir. Konkret olaraq, indiki mərhələyə gəldikdə eyni məntiqi və məzmun saxtakarlığını fərqli kontekstdə, ancaq yenə də Azərbaycanın maraqlarına əks olan istiqamətdə tətbiq etməyə çalışırlar. İndi o zavallıların “məntiqi” belədir: Qarabağ məsələsində Türkiyənin bizim yanımızda olması xüsusi maraqdan yaranmışdır və bunun fonunda qardaşlıq ümumi sözlərdir. Eyni zamanda, Rusiya, İran və Qərbin konkret olaraq həm müharibə zamanı, həm də müharibədən sonrakı mərhələdə açıqca Ermənistanın tərəfində olmasının arxasında həmin qüvvələrin, əslində, bizə dost olduğu dayanır. Bəs niyə vurğuladığımız dövlətlər açıqda Azərbaycana qarşı mövqe nümayiş etdirirlər?
Sən demə, bunun “tutarlı” səbəbi varmış! Yəni, yenə də, Azərbaycan günahkardır! Məsələn, söhbət İrandan gedəndə “siz İsraillə əməkdaşlıq edirsinizsə, Ermənistanla əməkdaşlıq da İranın hüququdur” qondarma bəhanəsindən yazırlar və danışırlar (bu zaman, ermənilərin məsciddə donuz saxlamalarını izah etməyə həvəsləri olmur). Söhbət Qərbdən gedəndə isə Azərbaycanın onu deyil, Türkiyə və Pakistanı dinləməsi kimi eybəcər bir bəhanəyə baş vururlar. Və bu kontekstdə də “Emənistana təcavüz edilməməlidir” (Kim etmişdir? Dəqiq o, Azərbaycan deyildir – ABŞ, Rusiya və ya Fransa ola bilər) kimi absurd və əsassız “arqument” gətirirlər.
Məsələnin bu cür qoyuluşunun xaricdə sürünən bir sıra elektron KİV-də Azərbaycan vətəndaşı olmuşlar tərəfindən tirajlandığı faktdır. Sadəcə, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı burada doğulmuş, bütün nemətlərindən yararlanmış insanların bu cür böhtan atmalarını anlamaq mümkün deyil – çox aşağı davranışdır! Həm də ona görə ki, bu zatların illərdir yurdlarından didərgin düşmüş, təhqirlərə, ciddi hüquq pozuntularına məruz qalmış azərbaycanlıların haqlarından söz açmadan Qərbdəki ağalarına quyruq bulamaları ağlasığmazdır!
Məsələ həm də, ümumiyyətlə, azərbaycanlıların hüquqlarının pozulması aspektinə onların tam kar və kor yanaşmaları ilə bağlıdır. Nümunə, indiyə qədər postsovet məkanında və Qərbdə hansı azərbaycanlının hüquqlarını qorumuşlar? Hansı hüquq pozuntusuna qarşı davamlı və israrlı mövqe tutmuşlar? Azərbaycanlıları müxtəlif ölkələrdə süni surətdə sıxışdırırlar, adi hüquqlarını belə pozurlar, lakin bu adamlar məsələyə lal qalmaqdadırlar.
Onların İranda soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı verdikləri infomasiyalar da birbaşa Qərbin hibrid maraqları çərçivəsindədir. Yəni həqiqəti haqqa görə deyil, batilə görə deyirlər. Onu da elə təqdim edirlər ki, Qərbin gözündə İran necə günahkardırsa, elə görünür. Bu səbəbdən, həmin dairələrin İrandakı soydaşlarımızla bağlı yazmasalar və informasiyaları iki dövlət arasındakı münasibətləri pozmağa yönəlmiş istiqamətdə verməsələr, daha yaxşıdır.
Məsələn, son günlər hətta Azərbaycanın bir sıra KİV orqanında İranı bəhanə edərək türk-kürd münaqişəsi yaratmağa yönəlik informasiyaları tirajlayırlar. Belə təqdim edirlər ki, rəsmi Tehran özü öz daxilində türk-kürd qarşıdurması yaratmağa çalışır. Situasiyanı, guya, azərbaycanlıların milli məsələsi ilə bağlayırlar, lakin adi düşüncə bunun uydurma olduğunu göstərir. Birincisi, İran ağılsızdır ki, öz ərazisində türk-kürd münaqişəsi yaradaraq separatizmi alovlandırsın? Çünki rəsmi Tehran bilir ki, ordakı türklər tarixən müstəqil düşüncəlidirlər və heç bir xırda intriqalara, xüsusilə əsrlərlə dinc, yanaşı yaşadıqları xalqlarla düşmənçiliyə getməz. Azərbaycanlıların dərdi intriqa deyildir, öz hüquqlarını bərpa etməkdir.
İrandakı kürd təşkilatlarının da kimlərə qulluq etdiyi məlumdur. Əslində, onların əksəriyyətini mərd və zəhmətkeş kürd xalqını təmsil etmək üçün yaratmamışlar. Lakin bu, ayrı bir mövzudur.
Deməli, orada hər hansı münaqişə vəziyyəti yaratmaq kənarda olan qüvvələrin əllərinə, müdaxilə etmək üçün bəhanə vermək deməkdir. Tehran buna getməz və getməli də deyil! Bu, indi daha çox Qərbə lazımdır!
Dil, din və iqtidarın legitimliyi: əsas atəş hədəfləri
Belə çıxır ki, hibrid savaş aparan dairələrin ritorik təntənələrinə baxmayaraq, məntiqi cəhətdən o qədər zəif və qərəzlidirlər ki, Azərbaycan cəmiyyətinə təsirləri sıfırdır və Azərbaycan vətəndaşlarının nifrətlərindən başqa bir şeyə nail ola bilmirlər. Deyəsən, son zamanlar onların ağaları da bunu anlamağa başlayıblar və konkret bu istiqamətdə səsləri kəsilmişdir!
Eyni zamanda, etiraf edilməlidir ki, yekun olaraq onlar həm ayrıca Azərbaycanın, həm də Azərbaycan – Türkiyə münasibətlərinin indiki mərhələdə zərərinə işləməkdə davam edirlər, başlıcası isə düşmənin dəyirmanında “üyüdülmüş saxta və qərəzli informasiyaları” Azərbaycan cəmiyyətinin bir sıra çox həssas sferalarda “şüuruna” yerləşdirməyə çalışırlar.
O sırada hakimiyyətin legitimsizlik obrazını yaratmaq üçün siyasi elitanın mənfi imicini formalaşdırmaq, dil, din və mədəniyyət faktorundan antiazərbaycan və antitürk ruhda istifadə etmək, bütövlükdə, Azərbaycanın güclü dövlət və güclü cəmiyyət kimi yoluna davam etməsi qarşısına süni əngəllər çıxarmaq özünü daha çox göstərir.
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
"Xalqqazeti.az"