Elektron xidmətlər şöbəsinin müdiri növbəti treninq keçirmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova İnstitutun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsində elmmetrik bazaların aktivləşdirilməsi barədə treninq keçirmişdir. Elmmetrik bazaların səliqəyə salınması ilə yanaşı beynəlxalq elmi jurnallarda məqalələrin nəşri barədə məlumatlarla şöbə əməkdaşlarını geniş tanış edən A.Zeynalova hər bir şöbə əməkdaşını daha da aktiv olmağa çağırmışdır.
Daha sonra treninqdə aktiv iştrak edən şöbə əməkdaşları onları maraqlandıran suallar vermiş, geniş dialoq aparmış, öz təkliflərini də irəli sürərək bundan sonra Elektron xidmətlər şöbəsi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.
Sonda A.Zeynalova şöbə əməkdaşlarına gələcək işlərində və elmi fəaliyyətlərində uğurlar arzulayıb.