04.06.2018, 15:24 - Baxış sayı: 1244

“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib


“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib İyunun 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirildi.
Konfrans Heydər Əliyev Fondu və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, dünya şöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilibRusiyanın tanınmış filosoflarının iştirak etdiyi tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi keçirilən konfransın ilk dəfə 10 il öncə Heydər Əliyev Fondunun Moskva təmsilçiliyinin təşəbbüsü ilə baş tutduğunu qeyd etdi.
Mədəniyyətlərarası dialoqun dövlət siyasətinə çevrilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən alim vurğulayıb ki, dahi liderin zəngin irsi dünya filosoflarını bir araya gətirir.
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilibDaha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir.
Ulu öndər Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışan alim dahi liderin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənasının olduqca dərin olduğunu vurğulayıb.
Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu deyən AMEA-nın vitse-prezidenti ölkəmizdə çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü qeyd edib. Vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir.
Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, əsası Ümummilli lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Sonra Rusiya Elmlər Аkademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov çıxış edərək mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. Fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilibRusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə elmləri doktoru, professor Y. V. Sineokaya “Mədəniyyətlərarası dialoq: fəlsəfi ənənələr və müasirlik”, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli “Heydər Əliyevin siyasi irsində Azərbaycan Xalq Cümhuriyyətinə”, Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, fəlsəfə elmləri doktoru N.M. Məmmədov “Mədəniyyət fenomeni” mövzusunda çıxış etmişlər.
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilibTədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadənin “XXI əsrin etnomilli və dini tarixi ümumvəhdət fəlsəfəsi işığında”, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi O.P Zubesin, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun “Sosiologiya” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimovanın “Qloballaşan dünyada fəlsəfə zəkası”, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovun “Azərbaycan-Rusiya: koevalüsyon refleksiv-aktiv mühitin formalaşması imkanları”, Rusiya Federasiyasnın əməkdar mədəniyyət xadimi, fəlsəfə elmləri namizədi, iqtisad elmləri doktoru B. S. Yesenkinin, Rusiya Elmlər Akademiyasının Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müavini, fəlsəfə elmləri namizədi A. Ə. Gözəlovun “Mədəniyyətlərin dialoqunun mədəniyyəti” və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işçisi Zaur Rəşidovun “Fəlsəfə tarixinin fəlsəfəsi” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.
Həmçinin çıxışlarda Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası, Azərbaycanda multikulturalizm və tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi, mədəniyyətlərarası dialoqda fəlsəfənin rolu kimi məsələlər əksini tapıb.
Ənənəvi “Əliyev qiraətləri” çərçivəsində təşkil olunan konfrans iyunun 5-də Fəlsəfə İnstitutunda işini davam etdirəcək.
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib
“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib