05.06.2018, 13:37 - Baxış sayı: 1007

Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib


Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib05 iyun 2018-ci il tarixində ənənəvi olaraq keçirilən “Əliyev qiraətləri” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV Beynəlxalq Elmi konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Federasiyasının filosofları - Rusiya Elmlər Аkademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik A.A. Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor A. N. Çumakov, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə elmləri doktoru, professor Y. V. Sineokaya və Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, fəlsəfə elmləri doktoru N.M. Məmmədov AMEA Fəlsəfə İnstitutunda olublar.
Qonaqları salamlayaraq xoşgəldin deyən Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə həmkarlarını Fəlsəfə İnstitutunda görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan və Rusiya elmi əlaqələrinə toxunan alim, hər iki ölkənin alimlərinin birgə əməkdaşlığından söhbət açaraq, bu sahədə Azərbaycan və Rusiya filosoflarının fəaliyyətindən, təşkil etdikləri beynəlxalq elmi konfranslardan və görülən digər işlərdən geniş bəhs etdi. Əməkdaşlıqlarının bundan sonra da davam edəcəyini deyən İlham Məmmədzadə, hər iki ölkənin alimlərinin elm sahəsinə böyük töhvələr verdiyini qeyd etdi.
Çıxış edən rusiyalı alimlər və Fəlsəfə İnstitutunun əməkdaşları fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasov, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov, fəlsəfə üzrə fəlsəfə doktoru Rövşən Hacıyev, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov və b. “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda keçirilən konfransın əhəmiyyətindən danışaraq mövzu ətrafında qarşılıqlı müzakirə aparıblar.
Tədbir zamanı rusiyalı alimlər bir daha mövzunun əhəmiyyətini qeyd edərək, konfransa dəvət olunduqlarına görə, təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Sonda Fəlsəfə İnstitutunun əməkdaşlarının elmi nəşrləri qonaqlara hədiyyə olundu.
Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib
Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib
Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib