Elektron Xidmətlər şöbəsi növbəti iclas keçirmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova iclas iştirakçılarını salamladıqdan sonra nəzərdə tutulmuş cari məsələlər haqqında məlumat vermişdir.İnstitut alimlərinin Google Scholar profillərinin yerləşdirilməsi prosesinin uğurla başa çatdırıldığını vurğulayan A.Zeynalova bundan sonrakı əsas prioritet işin Academia.edu elmmetrik bazasında alimlərin qeydiyyatdan keçirilməsi və elmi işlərin, məqalələrin bu bazada yerləşdirilməsi prosesinə başlamaqdan ibarət olduğunu qeyd etmişdir.
Qarşılıqlı dialoq formatında keçən iclasda iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbələrinin laborantları görüləcək işlərlə bağlı öz fikirlərini bölüşmüş və nəticə olaraq yaxın zamanda institut alimlərinin Academia.edu elmmetrik bazasındakı profillərini Elektron Xidmətlər şöbəsinə təqdim edəcəklərini,eləcə də burada alimlərin məqalələrini yerləşdirəcəklərini qeyd etdilər.
Sonda Elektron Xidmətlər şöbəsinin müdiri A.Zeynalova iclas iştirakçılarına uğurlar diləmişdir.